Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib
27.08.2026 [14:18]
Süni intellektin sürətli inkişafı yaxın illərdə ABŞ əmək bazarını ciddi şəkildə dəyişdirə və milyonlarla iş yerini risk altında qoya bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeyts şəxsi internet səhifəsində yayımladığı məqaləsində bildirib.
O qeyd edib ki, süni intellekt əvvəlki texnoloji inqilablarla müqayisədə iqtisadiyyatı daha sürətlə dəyişdirir. Onun sözlərinə görə, texnologiyanın inkişaf tempi ağlasığmaz dərəcədə sürətlidir və əmək bazarında baş verəcək dəyişikliklərə hazırlaşmaq üçün daha az vaxt qalır.
Bill Qeytsin fikrincə, süni intellekt yaxın onillik ərzində hüquq, müştəri xidmətləri, tibb, proqram təminatı və istehsalat kimi sahələrdə bir sıra işləri öz üzərinə götürəcək. Yeni iş yerlərinin yaranması gözlənilsə də, lazımi siyasət tədbirləri görülmədiyi halda onların sayı hazırda mövcud olan iş yerlərindən xeyli az ola bilər.
Qeyts bildirib ki, texnologiyanın məntiqi düşünmə və problemləri həll etmə imkanları inkişaf etdikcə insanın zehni əməyinə daha ciddi rəqibə çevrilir.
“Microsoft”un həmtəsisçisi hesab edir ki, ən böyük dəyişiklik süni intellektin demək olar ki, səhvsiz nəticələr təqdim edə bildiyi mərhələdə baş verəcək. Belə olan halda şirkətlər iqtisadi baxımdan bir sıra işləri insan əvəzinə süni intellektə həvalə etməyə maraqlı ola bilərlər.
Bill Qeyts, həmçinin süni intellektin artıq ofis və digər zehni əməyə əsaslanan peşələrə təsir göstərdiyini qeyd edib. Şirkətlərin məlumatların təhlili kimi tapşırıqları süni intellektə həvalə etməsi insan əməyinə tələbatı azalda bilər. O, xüsusilə əmək bazarına yeni daxil olan gənclər üçün iş imkanlarının azalmasından narahatlığını bildirib.
Qeytsin fikrincə, risk yalnız ofis işləri ilə məhdudlaşmır. O, süni intellektlə idarə olunan “ağıllı” robotların yaxın illərdə fiziki əməyin müəyyən növlərini də insanlarla rəqabət aparacaq səviyyədə yerinə yetirə biləcəyini düşünür. Onun proqnozuna görə, onilliyin sonunadək tikinti və xidmət sektorlarında bəzi fiziki işlərdə robotlar insanlarla rəqabət aparmağa başlaya bilər.
Bill Qeyts süni intellektin yaratdığı çağırışlar qarşısında təhsil, peşə hazırlığı və yeni bacarıqların formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36

