Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı yeni strateji mərhələyə yüksəlir
06.07.2026 [15:15]
İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, son illərdə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, yaşıl enerji və regional sülh gündəliyi üzrə daha geniş məzmun kəsb edib.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm inkişaf mərhələsindədir. Bu ilin mart ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, may ayında isə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Azərbaycana səfərləri, ardınca Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə gəlişi Brüssellə Bakı arasında intensiv siyasi dialoqun göstəricisidir. Bütün bunlar qarşılıqlı etimadın möhkəmləndiyini, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi üçün güclü siyasi iradənin formalaşdığını təsdiqləyir.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan Avropa Komissiyası ilə münasibətlərə xüsusi önəm verir və keçirilən görüşlər zamanı olduqca geniş və əhatəli gündəlik müzakirə olunub. Bu fakt tərəflərin əməkdaşlığı təkcə mövcud sahələrlə məhdudlaşdırmadığını, gələcək strateji tərəfdaşlığın yeni istiqamətlərini də müəyyənləşdirdiyini göstərir.
Prezident İlham Əliyevin diqqətə çatdırdığı kimi, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərin payına düşür. Eyni zamanda, Cənubi Qafqaz regionunda Avropa İttifaqının əsas ticarət tərəfdaşı məhz Azərbaycandır və region üzrə ticarətin təxminən 70 faizi ölkəmizin payına düşür. Bu göstəricilər Azərbaycanın regional iqtisadi mərkəz kimi mövqeyini və Avropa bazarları üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Enerji əməkdaşlığı isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin əsas sütunlarından biri olaraq qalır. Prezident İlham Əliyev xatırlatdı ki, dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu əməkdaşlığın yeni mərhələsinin əsasını qoyub. Həmin vaxtdan etibarən Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ixrac olunan qazın yarısı Avropa İttifaqına üzv ölkələrə göndərilir və artıq 10 Avropa dövləti Azərbaycan qazından istifadə edir. Bu coğrafiyanın daha da genişləndirilməsi üçün real imkanlar mövcuddur.
Müasir dövrdə enerji təhlükəsizliyinin milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrildiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan illər ərzində böyük siyasi, diplomatik və maliyyə səyləri göstərərək enerji infrastrukturunu formalaşdırıb. Bu baxımdan Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlığın ən uğurlu nümunələrindən biridir. Uzunluğu 3500 kilometrə çatan vahid boru kəməri sistemi bu gün Azərbaycan qazını etibarlı şəkildə Avropa bazarına çatdıran əsas enerji arteriyası kimi strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və logistika sahəsində əməkdaşlığın da mühüm istiqamət olduğunu xüsusi qeyd etdi. Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı və təşəbbüskarlarından biridir. Son illərdə ölkəmizdə avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanlarına və logistika infrastrukturuna yatırılan iri həcmli investisiyalar Azərbaycanın Avrasiyanın mühüm tranzit mərkəzinə çevrilməsini təmin edib. Yeni geosiyasi reallıqlar fonunda yükdaşımaların həcminin sürətlə artması bu istiqamətdə əlavə imkanların yaradılmasını zəruri edir və Azərbaycan öz maliyyə imkanları hesabına bu layihələri ardıcıl şəkildə həyata keçirir.
Bəyanatda xüsusi yer tutan məsələlərdən biri də yaşıl enerji sahəsində əməkdaşlıq oldu. Prezident İlham Əliyev bildirdi ki, Avropa Komissiyası ilə münasibətlərin yeni istiqamətlərindən biri məhz bərpaolunan enerji sahəsidir. Azərbaycanın zəngin günəş, külək və hidroenerji potensialı Avropa üçün də böyük əhəmiyyət daşıyır. Dövlət başçısının verdiyi məlumata görə, artıq xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr növbəti beş-altı il ərzində ölkədə 8 giqavat gücündə günəş və külək enerjisinin istehsalına imkan verəcək. Bu isə Azərbaycanın yaşıl enerji ixracatçısı kimi mövqeyini daha da gücləndirəcək və Avropanın enerji təhlükəsizliyinə əlavə töhfə verəcək.
Prezident İlham Əliyev regional təhlükəsizlik və sülh məsələlərinə də geniş toxundu. O bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi uğurla davam edir. Ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişi mətninin paraflanması regionda yeni siyasi reallıq formalaşdırıb. Dövlət başçısının sözləri ilə desək, artıq de-fakto sülh mövcuddur və bunun müsbət nəticələri hiss olunmaqdadır.
Azərbaycan sülhün praktik nəticələrini nümayiş etdirmək məqsədilə mühüm humanitar və iqtisadi addımlar da atıb. Dövlətimizin başçısı bəyan etdi ki, ölkəmiz Ermənistan istiqamətində yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb, həmçinin benzin və dizel yanacağının Ermənistana təchizatına başlayıb. Bu addımlar Azərbaycanın sülhə sadiqliyinin və regionda qarşılıqlı etimada əsaslanan münasibətlər qurmaq niyyətinin əyani göstəricisidir.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan otuz ilə yaxın davam edən işğala son qoyaraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib, bundan sonra isə Ermənistana sülh təklif edən tərəf kimi çıxış edib. Bu gün artıq sülh sadəcə siyasi bəyanat deyil, gündəlik həyatda hiss olunan reallığa çevrilməkdədir. Qarşıda duran əsas vəzifə isə bu sülhü davamlı və uzunmüddətli etməkdir. Bu baxımdan Avropa Komissiyasının dəstəyi də yüksək qiymətləndirilir və əməkdaşlığın regionda sabitliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanır.
Prezident İlham Əliyevin bəyanatı bir daha təsdiq edir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini qarşılıqlı hörmət, bərabər hüquqlu tərəfdaşlıq və ortaq maraqlar əsasında inkişaf etdirir. Enerji təhlükəsizliyindən yaşıl iqtisadiyyata, beynəlxalq nəqliyyat dəhlizlərindən regional sülhün möhkəmləndirilməsinə qədər bütün istiqamətlər üzrə əməkdaşlığın genişlənməsi Azərbaycanın həm Avropanın etibarlı tərəfdaşı, həm də Cənubi Qafqazın sabitlik və inkişaf mərkəzi kimi strateji əhəmiyyətini daha da artırır.
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52

