Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib
06.07.2026 [19:27]
İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda YAP Sədərək rayon təşkilatının sədri Arif Mikayıl oğlu Qasımovun, Şahbuz rayon təşkilatının sədri Rizvan Təmo oğlu Məmmədovun, Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəli oğlu Vəliyevin, Xaçmaz rayon rayon təşkilatının sədri Məhəmməd Müslüm oğlu Balaqadaşovun və Qusar rayon təşkilatının sədri David Nurəddin oğlu İbrahimxəlilovun təqaüd yaşına çatmaları ilə əlaqədar tutduqları vəzifədən azad olunmaları məsələsinə baxılıb və müvafiq qərarlar qəbul olunub.
YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın təşkilatlanması və inkişafında mühüm xidmətləri olan həmin şəxslərin Heydər Əliyev ideyalarına daim sadiq olduqlarını vurğulayaraq bundan sonra da Ulu Öndərin zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği yolunda bilik, bacarıq və səylərini əsirgəməyəcəklərinə, həmçinin öz təcrübələri ilə rayon təşkilatlarının işinə yaxından dəstək verəcəklərinə əminliyini ifadə edib, onlara xatirə hədiyyələrini təqdim edib.
Daha sonra İlqar Süleyman oğlu İlyasovun partiyanın Qaradağ, Vüsalə Abazər qızı Əliyevanın Sədərək, Nicat Zaur oğlu Ələkbərovun Şahbuz, Zamir Sadəddin oğlu Güvəndiyevin Şəmkir, Emil Nəcəf oğlu Tağıyevin Xaçmaz və Kamran Miran oğlu Əmirovun Qusar rayon təşkilatına sədr təyin edilməsi məsələsinə baxılıb.
YAP Sədrinin müavini Əli Əhmədov, İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Azər Badamov çıxış edərək namizədliyi irəli sürülən şəxslərin bu vəzifəyə layiq olduqlarını bildirib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Müzakirələrdən sonra müvafiq qərarlar qəbul olunub.
Yeni təyin olunmuş şəxslər göstərilən etimada görə partiyanın Sədri, ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürlərini ifadə edərək öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün çalışacaqlarını bildiriblər.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

