Səkkiz milyondan çox abunəçiyə narkotiklərin fəsadları ilə bağlı SMS bildiriş göndərilib
13.07.2026 [19:10]
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlarla birlikdə bir sıra tədbirlər həyata keçirilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Komissiyasının İşçi Qrupunun birgə əməkdaşlığı nəticəsində müvafiq mətnli SMS bildirişinin (DK İşçi Qrup: Narkotiklərin fəsadları barədə məlumatlı olaq və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən mərhələli qaydada təqribən 8 milyon 621 min abunəçiyə göndərilməsi təmin edilib.
Azərbaycan Gənclər Fondu ilə birlikdə “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Şəki, Qəbələ, Oğuz, İsmayıllı və Respublikanın digər regionlarında gənclərin narkotik vasitələrin insan orqanizminə mənfi təsiri və törətdiyi fəsadlara dair biliklərinin artırılması məqsədilə təlimlər təşkil olunub.
Ali və orta ixtisas təhsil müəssisələrində – Lənkəran, Mingəçevir və Gəncə Dövlət Universitetlərində, Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində – tələbələr arasında antinarkotik təbliğat işinin əhatəsinin genişləndirilməsi məqsədilə “Rəqəmsal mühitdə gizli narkotik riskləri və sağlam həyat tərzinin təşviqi” mövzusunda seminarlar və ictimai mühazirələr təşkil edilib.
Yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi məqsədilə ümumtəhsil müəssisələrində profilaktik söhbətlər aparılıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin elektron informasiya tablolarında Bakı şəhərinin 10 küçə və prospektində “Narkomanlığa birlikdə yox deyək” şüarı nümayiş etdirilib
Maarifləndirici videoçarxlar Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, digər sosial əhəmiyyətli ictimai yerlərdə və Bakı Metropoliteninin stansiyalarında nümayiş etdirilib.
Dövlət Komissiyasının 2026-cı ilə dair İş Planına müvafiq olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Şəki, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Qobustan, Siyəzən, Quba, Qusar, Xaçmaz və digər rayon və şəhər komissiyaları tərəfindən aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutlarını cəlb etməklə silsilə tədbirlər həyata keçirilib.
Həmin rayon və şəhərlərdə rayon (şəhər) İcra Hakimiyyətləri ilə birgə narkomanlığa qarşı maarifləndirici aksiyalar keçirilib. Aksiyalar çərçivəsində “Rəqəmsal mühitdə gizli narkotik riskləri”, “Valideynlər üçün tövsiyə”, “Yeniyetmələr və gənclər üçün”, “Sən bunlara hazırsan?”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar” və “Məlumatlı ol, cinayət törətmə” adlı yeni əyani vəsaitlər əhali arasında paylanılıb.
Tədbirlərin mediada və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilib.
Beləliklə, Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində ümumilikdə 45 tədbir (19 məlumatlanırıcı və maarifləndirici tədbir, 10 təlim, 16 sosial aksiya) təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35

