Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Narkomanlığa qarşı mübarizə: Radioda 10 mindən, televiziyada isə 7 mindən çox sosial çarx yayımlanıb

Narkomanlığa qarşı mübarizə: Radioda 10 mindən, televiziyada isə 7 mindən çox sosial çarx yayımlanıb

14.07.2026 [21:50]

Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən cari ilin yanvar-iyun ayları üzrə media monitorinqinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna təqdim edilib.

Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, aparılan monitorinqlərə əsasən, hesabat dövründə dövlət qurumlarının təqdim etdiyi maarifləndirici sosial çarxlar televiziya kanallarında ümumilikdə 7 389 dəfə yayımlanıb. Bundan əlavə, mövzu ilə bağlı sahəvi ekspertlərin iştirakı ilə 64 xüsusi veriliş təşkil edilib.

Narkomanlığın zərərini işıqlandıran müəllif süjetlərinin hazırlanması ilə yanaşı, "802-Qaynar xətt" xidmətinin fəaliyyətinə dair sosial rolik ümumölkə və regional radiolarda 10 146 dəfə səsləndirilib.

Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatına görə, yazılı və onlayn media da prosesə aktiv cəlb olunub. Belə ki, narkomanlığa qarşı mübarizə mövzusunda 16 qəzetdə və 34 veb-saytda ümumilikdə 10 176 maarifləndirici material dərc edilib.

Paylaş:
Baxılıb: 6 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Turizm

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31