22 İyul – Milli Mətbuat Günü: Milli Sözün Gücü, Cəmiyyətin Etibarlı Səsi
20.07.2026 [20:56]
Əfsanə Muradova,
YAP Nərimanov rayon təşkilatının gənc fəalı
Hər il 22 iyul tarixində Azərbaycanda Milli Mətbuat Günü böyük hörmət və ehtiramla qeyd olunur. Bu əlamətdar gün milli mətbuatımızın banisi, görkəmli maarifçi, publisist və təbiətşünas alim Həsən bəy Zərdabinin 1875-ci il iyulun 22-də Azərbaycan dilində nəşr etdirdiyi ilk milli qəzet – “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə bağlıdır. Məhz bu tarixi hadisə Azərbaycan milli mətbuatının əsasını qoymuş, xalqımızın maariflənməsi, milli özünüdərkin formalaşması və azad fikir mühitinin inkişafında yeni bir mərhələnin başlanğıcı olmuşdur.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
O vaxtdan müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın cəmiyyət həyatındakı rolunu yüksək qiymətləndirərək qeyd edirdi ki, “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mübarizə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu fikirlər milli mətbuatımızın təkcə informasiya mənbəyi deyil, həm də dövlətçilik tariximizin ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edir.
Milli mətbuatın yaranması Azərbaycan xalqının milli şüurunun formalaşmasında mühüm rol oynamışdır. Həsən bəy Zərdabi bütün çətinliklərə baxmayaraq, xalqın maariflənməsi və elmə, biliyə yiyələnməsi naminə “Əkinçi” qəzetini təsis etmiş, cəmiyyətə yenilikçi ideyalar təqdim etmişdir. Qəzet qısa müddət fəaliyyət göstərsə də, onun yaratdığı məktəb sonrakı dövrlərdə milli mətbuatın inkişafına güclü təkan vermiş, Azərbaycan jurnalistikasının möhkəm təməlini formalaşdırmışdır.
Bu gün Azərbaycan mətbuatı özünün yeni inkişaf mərhələsini yaşayır. Müstəqillik illərində, xüsusilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə söz və mətbuat azadlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılmış, kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli hüquqi baza yaradılmışdır. Prezident cənab İlham Əliyev tərəfindən də milli mətbuatın inkişafı daim diqqət mərkəzində saxlanılır, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, media sahəsində islahatların həyata keçirilməsi və informasiya təhlükəsizliyinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə də hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir və insanları dolğun informasiya ilə təmin etməlidir.” Bu yanaşma müasir jurnalistikanın əsas prinsiplərini müəyyən edir və media nümayəndələrinin üzərinə böyük məsuliyyət qoyur.
Son illərdə Azərbaycanın media sahəsində qazandığı uğurlar beynəlxalq miqyasda da öz əksini tapır. Xüsusilə işğaldan azad olunmuş Qarabağda keçirilən beynəlxalq media tədbirləri ölkəmizin informasiya siyasətinin uğurlu nəticələrini nümayiş etdirir. Şuşa şəhərində keçirilən Qlobal Media Forumu artıq nüfuzlu beynəlxalq platformaya çevrilmiş, müxtəlif ölkələrdən media nümayəndələrinin bir araya gəldiyi mühüm dialoq məkanı olmuşdur. Bu forum Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və informasiya təhlükəsizliyi məsələlərinin müzakirəsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi müasir dövrdə internet mediası və sosial şəbəkələr informasiya mühitinin ayrılmaz hissəsinə çevrilmişdir. Lakin informasiyanın sürətlə yayılması ilə yanaşı, dezinformasiya və saxta xəbərlərlə mübarizə də media nümayəndələrinin qarşısında duran əsas vəzifələrdəndir. Peşəkar jurnalistika cəmiyyətə yalnız dəqiq, operativ və obyektiv məlumat təqdim etməklə ictimai etimadı qoruyub saxlaya bilər. Buna görə də jurnalist etikası, məsuliyyət və milli maraqların qorunması hər zaman prioritet olmalıdır.
Milli mətbuat həm də dövlətlə vətəndaş arasında etibarlı körpü rolunu oynayır. Cəmiyyətin problemlərinin işıqlandırılması, ictimai rəyin formalaşdırılması, vətəndaşların maarifləndirilməsi və milli-mənəvi dəyərlərin təbliği baxımından medianın rolu əvəzsizdir. Güclü dövlətin güclü mediası olmalıdır və bu gün Azərbaycan mediası məhz bu istiqamətdə inamla inkişaf edir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə ölkəmizin bütün jurnalistlərini, media nümayəndələrini və bu sahədə çalışan hər kəsi ürəkdən təbrik edirəm. Onların cəmiyyətin doğru məlumatlandırılması, dövlətçilik maraqlarının qorunması və milli dəyərlərimizin təbliği istiqamətində göstərdikləri fədakar fəaliyyət yüksək qiymətə layiqdir.
Əminəm ki, Azərbaycan milli mətbuatı bundan sonra da peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə sadiq qalaraq ölkəmizin inkişafına, informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə və həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verməyə davam edəcəkdir.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

