Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Süni intellektli humanoid robotlar döyüşə hazırlanır

Süni intellektli humanoid robotlar döyüşə hazırlanır

22.07.2026 [20:58]

ABŞ-ın “Foundation Future Industries” şirkətinin hazırladığı süni intellekt dəstəkli "Phantom" adlı humanoid robotlar Ukraynada uğurla sınaqdan keçirilib.

Lent.az xəbər verir ki, şirkət 2027-ci ilə qədər bu robotları silahlandıraraq quru döyüşlərində istifadə etməyi planlaşdırır.

Şirkətin rəhbəri Sankaet Pathak bildirib ki, robotlar kütləvi məhv üçün deyil, yüksək dəqiqlik tələb edən hərbi əməliyyatlarda əsgərlərə dəstək vermək üçün hazırlanır.

Onun sözlərinə görə, humanoid robotlar pilotsuz uçuş aparatlarını əvəz etməyəcək, əksinə, təhlükəli quru əməliyyatlarında insanların yerinə tapşırıqlar yerinə yetirəcək.

"Phantom" robotları adi çat-botlardan fərqli olaraq "dünya modeli" (world model) adlı süni intellekt texnologiyasından istifadə edir. Bu sistem ətraf mühiti analiz edərək obyektlərin hərəkətini və mümkün hadisələri əvvəlcədən proqnozlaşdıra bilir.

Hazırda bu cür avtonom döyüş robotlarının istifadəsini tənzimləyən beynəlxalq saziş mövcud deyil. BMT isə insan nəzarəti olmadan hədəf seçib zərbə endirən sistemlərlə bağlı narahatlığını ifadə edib.

Paylaş:
Baxılıb: 127 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31