Azərbaycan-Almaniya əlaqələri son illərdə yüksələn xətlə inkişaf edir
23.07.2026 [15:28]
Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm siyasi hadisədir. Bu səfər təkcə ikitərəfli diplomatik hadisə deyil, həm də regionda və Avropada formalaşan yeni siyasi-iqtisadi düzənin göstəricisi kimi qiymətləndirilə bilər. Federal Kansler Fridrix Mertsin dəvəti ilə baş tutan bu səfər Prezident İlham Əliyevə göstərilən yüksək etimadın, ölkəmizə etibarlı tərəfdaş kimi verilən dəyərin göstəricisidir. Bu səfər eyni zamanda Bakı və Berlin arasında yüksək səviyyəli dialoqun intensivliyini bir daha təsdiqləyir. Azərbaycanın ərazisinin işğalına son qoyması ilə ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra regionda yaranmış yeni siyasi reallıqlar həm ikitərəfli münasibətlər, həm Avropa İttifaqı ilə münasibətlər kontekstində, eləcə də Almaniya və Avropa İttifaqının Mərkəzi Asiya ilə intensivləşən iqtisadi ticarət əlaqələri prizmasından əməkdaşlıq və tərəfdaşlıq üçün unikal imkanlar yaradıb.
Bakı artıq Avropada yalnız enerji təchizatçısı kimi deyil, həm də sabitlik, nəqliyyat bağlantıları və regional balans baxımından əhəmiyyətli tərəfdaş kimi qəbul olunur. Ona görə də bu səfəri yeni reallıq ifadəsi ilə xarakterizə etməyimiz heç də təsadüfi deyil. Almaniya kimi yüksək sənaye gücü olan bir dövlət üçün etibarlı enerji mənbələri, sabit tərəfdaşlar və uzunmüddətli iqtisadi əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə bu kontekstdə həm enerji resursları, həm də Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyi ilə diqqət mərkəzinə çıxır.Həmçinin iqtisadi baxımdan da bu səfərin perspektiv imkanları və potensialı böyükdür. Almaniya texnologiya, sənaye avadanlıqları, innovasiya və investisiya baxımından Azərbaycanın ən vacib tərəfdaşlarından biri ola bilər. Azərbaycan isə Almaniya üçün yalnız enerji bazarı deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində çıxış qapısı rolunu oynaya bilər. Bu baxımdan, səfər yeni biznes əlaqələri, sənaye əməkdaşlığı, logistika layihələri və texnoloji tərəfdaşlıq üçün yeni imkanlar açır. Bir sözlə bu səfər Azərbaycan-Almaniya münasibətlərində pragmatik və uzunmüddətli əməkdaşlıq mərhələsini gücləndirə bilər. Almaniya ilə münasibətlər Azərbaycanın bütövlükdə Avropa İttifaqı ilə siyasi dialoqunun dərinləşməsi baxımından da önəmlidir. Yerigəlmişkən, Berlinin Bakıya yüksək səviyyədə diqqət göstərməsi, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi oxuna bilər. Bu, həm də onu göstərir ki, Azərbaycan regional proseslərdə passiv müşahidəçi deyil, öz mövqeyi və təsir imkanları olan aktordur. Bu kontekstdən yanaşsaq, bir daha qeyd edim ki, belə səfərlər diplomatik etimadı gücləndirir, qarşılıqlı anlaşmanı artırır və gələcək əməkdaşlıq üçün institusional zəmin yaradır. Gələcək perspektivlərə gəldikdə isə, bu səfərin Azərbaycan-Almaniya münasibətlərini daha sistemli və çoxşaxəli mərhələyə daşıması gözlənilir. Əminliklə söyləmək olar ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasında əhəmiyyətli rol oynayacaq, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.
Almaniya qlobal güclərdən biridir, Azərbaycan isə orta güc dövləti hesab olunur. Lakin Azərbaycan artıq sıradan bir ölkə deyil. Almaniya kimi nüfuzlu bir dövlətin Azərbaycanla strateji əməkdaşlıq sazişi imzalaması onun regionda daha fəal siyasət yürütmək niyyətində olduğunu göstərir.
Bu, Azərbaycan tərəfindən müsbət qarşılanır. Hesab edirəm ki, cənab Prezidentin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin daha da güclənməsinə və əməkdaşlığın yeni mərhələyə keçməsinə imkan verəcək.
Altun İbrahimov
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

