Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

22 iyul – Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib

23.07.2026 [15:35]

22 iyul 2026-cı il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında  Peşə Təhsili üzrə Dövlət Agentliyi, Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və “Peşə Təhsili və İnsan Kapitalı” jurnalının birgə təşkilatçılığı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin Akt zalında Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramov Milli Mətbuat Gününün əhəmiyyətindən bəhs edərək bildirib ki, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün 151 illik şərəfli inkişaf yolu keçib. Qeyd olunub ki, ölkəmizdə söz və mətbuat azadlığının inkişafı, müasir media mühitinin formalaşdırılması və jurnalistikanın inkişafı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar milli mətbuatın daha da güclənməsinə, peşəkarlığın artırılmasına və informasiya təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.

YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, “Peşə Təhsili və İnsan Kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev və digər çıxış edənlər Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan, müasir dövrdə medianın üzərinə düşən məsuliyyətdən, peşə etikası prinsiplərinin qorunmasının vacibliyindən danışıblar. Qeyd olunub ki, rəqəmsal transformasiya dövründə operativliklə yanaşı, dəqiqlik və obyektivlik prinsiplərinin qorunması cəmiyyətin düzgün məlumatlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda Prezident İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb, media nümayəndələrinin sosial müdafiəsinin gücləndirilməsi, informasiya mühitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin Azərbaycan jurnalistikasının inkişafına mühüm stimul verdiyi bildirilib.

Sonda Milli Mətbuat Günü münasibətilə bir qrup media nümayəndəsinə təltiflər təqdim olunub, xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 35 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Xəbər lenti

İkisi bir boyda...

23 İyul 12:20  

Sosial

33 il öncə bu gün...

23 İyul 11:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31