Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

“Apple” yenidən dünyanın ən dəyərli şirkəti olub

28.07.2026 [19:28]

ABŞ-nin “Apple” korporasiyası bazar kapitallaşmasına görə “Nvidia” şirkətini geridə qoyaraq yenidən dünyanın ən dəyərli şirkəti olub.

AZƏRTAC xəbər verir ki, Nasdaq birjasında “Apple” səhmləri 1,17 faiz bahalaşaraq 336,91 dollara yüksəlib. Eyni vaxtda “Nvidia”nın səhmləri 4,99 faiz ucuzlaşaraq 196,51 dollara düşüb.

Nəticədə “Apple”in bazar kapitallaşması 4,95 trilyon dollara, “Nvidia”nın isə 4,76 trilyon dollara çatıb. İlk beşlikdə, həmçinin “Alphabet”, “Microsoft” və “Amazon” şirkətləri yer alıb.

“Bloomberg”in məlumatına görə, “Apple”nin yenidən liderliyə yüksəlməsi texnologiya sektoruna investisiya axınının artması və “Nvidia” səhmlərinin ucuzlaşması ilə əlaqədardır.

Paylaş:
Baxılıb: 12 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Sosial

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31