Robotlar robotu
08.08.2026 [08:34]
Olacaq. Bəs mədəniyyət hara gedəcək?
O vaxt mədəniyyətin harada olduğunu soruşan olacaqmı? Bəlkə də, gələcək haqqında bu cür şişirtmələr bizi reallıq hissindən qoparıb kənara atan ən güclü fırtınadır? Başımızı elə itiririk ki... o fırtınanı sakit qarşılaya bilsək və ya gələcək təhdidlərə təmkinlə sinə gərsək, nə qazanarıq? Vaxt? Deyəsən, indi ən mühüm qazanc sürətlə uçan qanadlı vaxt qatarının içərisində öz kupemizə yerləşib düşünməyə vaxt ayıra bilməyimizdir. Əgər o qatara geciksən necə? Haralardasa - mağarada ilişib qalsan?
İlon Mask deyir ki, yaxın illərdə Robotlar robotu olacaq. Humanoid robotlar beyin interfeysi şirkəti tərəfindən yaradılıb idarə ediləcək, hətta yeraltı şəhərlərdə (mağaralarda) onların dünyası əmələ gətiriləcək. Qısacası, Robot özü robot istehsal etməyə başlayacaq və bununla da, ABŞ daha da supergüc olacaq. Bax onda ucuz işçi qüvvəsi, sənayedə yüksəliş və nəhayət, Çinin insan sayına arxalanan üstünlüyünə qalib gəlmək olar. 1971-ci ildən ABŞ cəmiyyəti qocalmaya meyillənib, əhalinin artım tempi və sosial vəziyyət elə bir həddə çatıb ki, hər tərəfi tənbəllik basıb gedir. Elə bu səbədən də ABŞ biznesi, sənayesi vaxtilə Çinə köçüb, çiçəklənib və indi də Çini çiçəkləndirib. Çin isə elə bir həddə çatıb ki, bu çiçəklənən əjdahanın qabağını almaq vaxtıdır...
Robotlar gələcək və hər şeyi yoluna qoyacaq! Yaxşı, Bəs Çin hara gedəcək? Onda da ABŞ uzun onilliklər Çində insan azalmasını gözləməli olacaq ki, axır Robotlar robotu dünyada at oynada bilsin. Zarafat deyil, Robot tərəfindən at sürə bilmək də yaxın gələcəyin işidir...
Son vaxtlar ABŞ-da İlon Maskın üstünə düşüblər ki, bəs axı “Space X” şirkəti kosmosa raket buraxma və peyk interneti satmaqla gəlirsiz işlədiyi halda, əldə etdiyi trilyon dollar necə formalaşır? Özləri də bu suala sadə cavablar verirlər. Xəyallar quraraq məlumat mərkəzlərinin kosmosa yerləşdirilməsi və insanları Marsa göndərmək kimi əlçatmaz, nəhəng məqsədlərə inandırmaq. Bu yolla da 2030-cu ilədək investorları 1 trilyon dollar qazanacaqlarına əmin etmək. Masksayağı - Gələcək Uğrunda mərc etmək! Siyasətə qoşularaq yeni mədəniyyət formalaşdırmaq...
Bax əsas budur! Mədəniyyət formalaşdırmaq. Mədəniyyət də elə bundan - bu fırtınalara qarşı durmaqdan yaranacaq, ya da özü-özünü yaradacaq - axı mədəniyyət də ilkin, sadə, canıbərk rüşeym kimidir. O, mağaralarda da yarana bilər. Mədəniyyətə nə fərqi, öz ritmindədir və robotlara tabe olmaya da bilər. Yaxud əksinə, robotlar mədəniyyətdən imtina edər.
Belə çıxır ki, Robotlar robotu gəlsə, mədəniyyət mağarada olacaq...
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50

