Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

10.08.2026 [16:47]

Hazırda Azərbaycanda yay turizmini ümumilikdə aktiv və kifayət qədər dinamik qiymətləndirmək olar. Xüsusilə Bakı, Qəbələ, Şəki, Quba-Qusar bölgəsi və digər turizm məkanlarına maraq yüksəkdir. Bu mövsümdə həm daxili turizmdə, həm də xarici turist axınında müəyyən canlanma müşahidə olunur.

Bunu AZƏRTAC-a açıqlamasında turizm məsələləri üzrə ekspert Rəhman Quliyev deyib.

O qeyd edib ki, ənənəvi bazarlarla yanaşı, Hindistan və Mərkəzi Asiya ölkələrindən gələn turistlərin sayında da artım diqqət çəkir. “Eyni zamanda turistlərin daha uzun müddət qalması və müxtəlif regionlara səfər etməyə üstünlük verməsi müsbət tendensiyadır. Düşünürəm ki, yay mövsümünün qalan hissəsində də bu dinamikanın qorunması turizm sektoru üçün kifayət qədər uğurlu nəticələr verə bilər.

Bu yay mövsümündə daha çox dənizkənarı istirahət, təbiət və dağ turizmi istiqamətlərinə tələbat müşahidə olunur. Xüsusilə Qəbələ, Quba-Qusar, Şəki-Zaqatala və Xəzər sahili bölgələrində hotellərə və istirahət mərkəzlərinə maraq yüksəkdir. Bununla yanaşı, ailəvi istirahət, spa və sağlamlıq xidmətləri, eləcə də müxtəlif ekskursiya və tur paketlərinə tələbat artıb. Xarici turistlər arasında Bakıda şəhər turları ilə yanaşı, regionlara təşkil olunan səfərlər də populyardır. Ümumilikdə turistlər daha çox keyfiyyətli xidmət, rahat yerləşmə və bir neçə istiqaməti əhatə edən kompleks tur paketlərinə üstünlük verirlər”, - deyə ekspert əlavə edib.

Paylaş:
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31