Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

10.08.2026 [17:45]

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisinin karantin tətbiq olunan zərərli orqanizmlərdən mühafizəsi və onların yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqləri davam etdirir.

AQTA-dan AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə Göyçay rayonunun Mallı-Şıxlı kəndində fiziki şəxs Mədinə Adil qızı Karahana və hüquqi şəxs “Göynar Agro” MMC-yə məxsus meyvə bağlarında fitosanitar monitorinqlər aparılıb. Şaftalı və nektarin bitkilərindən götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən zərərli orqanizm – gavalının cibcibə virusu aşkarlanıb. Virus ocağının ləğv edilməsi məqsədillə fitosanitar mübarizə tədbirləri görülüb.

AQTA meyvəçilik fəaliyyəti ilə məşğul olan bütün təsərrüfat subyektləri sahiblərinə bitkilərdə virus xəstəliklərinə xas əlamətlər müşahidə olunduğu halda, bu barədə dərhal Agentliyin müvafiq regional bölmələrinə məlumat vermələrini tövsiyə edir.

Gavalının cibcibə virusunun erkən mərhələdə aşkarlanması və yoluxmuş bitkilərlə bağlı vaxtında tədbirlərin görülməsi zərərli orqanizmin yayılmasının qarşısının alınması, meyvə bağlarının fitosanitar vəziyyətinin qorunması və məhsuldarlığın davamlılığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31