/ / BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar
BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar
10.08.2026 [16:30]
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən “International World Innovative Student Exhibition” (IWISE) beynəlxalq innovasiya yarışmasının dünya finalında uğurla çıxış edərək iki kateqoriya üzrə I yerə layiq görülüblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yarışda BMU-nun Koreya Respublikasının İNHA Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramının elektrik və elektronika mühəndisliyi ixtisasının IV kurs tələbələri Tahirə Bəylərova və Ülkər Rəhimli iştirak ediblər.
Tahirə Bəylərova “Labirint” kateqoriyasında 18 komandanın mübarizə apardığı yarışda tapşırığı 4,11 saniyəyə yerinə yetirərək I yeri tutub.
Ülkər Rəhimli isə “Robosoccer” kateqoriyasında 14 komandanın iştirak etdiyi yarışda yüksək nəticə göstərərək I yerə layiq görülüb.
Dünya finalında ümumilikdə 25 ölkədən tələbələr iştirak ediblər. IWISE yarışmasında Azərbaycan nümayəndə heyətinin iştirakı Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təmin olunub.
Qeyd olunub ki, BMU tələbələrinin qazandığı uğur onların mühəndislik, robototexnika və innovativ texnologiyalar sahəsində əldə etdikləri nəzəri bilikləri praktik bacarıqlarla uğurla tətbiq etdiklərini göstərir. Eyni zamanda, beynəlxalq yarışmada əldə olunan nəticələr universitetdə müasir mühəndislik təhsilinin inkişafına, innovativ düşüncənin formalaşdırılmasına və tələbə layihələrinin dəstəklənməsinə göstərilən diqqətin nəticəsi kimi qiymətləndirilir.
IWISE gənclərin elm, texnologiya, mühəndislik, robototexnika və innovasiya sahələrində bilik və bacarıqlarını nümayiş etdirdikləri beynəlxalq platformadır. Müxtəlif mərhələlərdən ibarət olan yarış iştirakçılara öz layihələrini beynəlxalq müstəvidə təqdim etmək və müxtəlif ölkələrdən olan gənc innovatorlarla rəqabət aparmaq imkanı yaradır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22

