Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağstafada partiya veteranları ilə görüş keçirilib

Ağstafada partiya veteranları ilə görüş keçirilib

07.08.2026 [22:17]

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının inzibati binasında partiya veteranlarının iştirakı ilə dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev qeyd edib ki, partiya veteranları səmərəli işləri ilə hər zaman seçiliblər. Onlar zəngin təcrübələri ilə çoxsaylı nailiyyətlər əldə ediblər. Eyni zamanda, veteranların fəaliyyəti gənc nəsil üçün nümunə olaraq göstərilir.

Daha sonra partiya veteranları yubileyləri münasibətilə fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Veteran partiyaçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını söyləyiblər.

Sonda xatirə şəkli çəkdirilib.

Paylaş:
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31