İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar
10.08.2026 [20:55]
İtaliya alimləri Günəşin xarici atmosferini, yəni, Günəş tacını öyrənmə üsulunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək yeni cihazı sınaqdan keçirməyə hazırlaşırlar.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, İtaliyanın Padua şəhərindəki bir qrup tədqiqatçı alimlərə Günəş tacını ənənəvi cihazlardan daha tez öyrənməyə imkan verə biləcək prototip olan Dairəvi Yarıq Spektrometrini (CISS) tamamlamaq üçün laboratoriyada həftələrlə çalışıb.
Cihazın avqustun 12-də baş verəcək Günəşin tam tutulması zamanı İspaniyanın Javalambre astrofizika rəsədxanasında həlledici sınaqdan keçirilməsi planlaşdırılır.
CISS ənənəvi spektrometrlərdən fərqli bir optik dizayndan istifadə edir. Turin astrofizika rəsədxanasının baş tədqiqatçısı Federiko Landiniyə görə, prototipdə Günəşin mərkəzindən müəyyən məsafədə onun tacının spektrini tək bir fotoşəkildə çəkə bilən dairəvi yarıq var.
Ənənəvi spektrometrlər Günəş tacını müəyyən xətlə araşdırır. Günəş atmosferindəki şərtlər bir neçə dəqiqə ərzində dəyişə bildiyindən, bölgəni skan etmək sürətlə dəyişən hadisələrin tam mənzərəsini təmin etmək üçün çox vaxt apara bilər. Amma yeni yanaşma eyni anda daha çox məlumat toplamaqla bu məhdudiyyəti aradan qaldırmaq məqsədi daşıyır.
Aylar çəkən hazırlıq işlərinə baxmayaraq, Günəş tutulması zamanı komandanın cihazın nəzərdə tutulduğu kimi işlədiyini sübut etmək üçün yalnız qısa vaxtı olacaq. Tam tutulma çoxalması çətin olan şəraitdə tacı müşahidə etmək üçün nadir fürsət yaradır. Bu, prototipin hazırlanmasına təxminən iki il yarım vaxt sərf edən tədqiqatçılar üçün cihazın testi xüsusilə vacibdir.
Paduadakı Fotonika və Nanotexnologiyalar İnstitutunun baş tədqiqatçısı Paola Zuppella bildirib ki, komanda hər hansı ehtimala hazır olmalıdır. “Gözlənilməz vəziyyətlər üçün nə yer, nə də vaxt var”, - deyə o, komanda üzvləri arasında diqqətli koordinasiyanın əlverişli hava qədər vacib olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 21:30
Dünya
11 Avqust 20:57
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30

