Kəlbəcərin dəvəgözü yataqlarında beynəlxalq arxeoloji tədqiqat aparılıb
21.08.2026 [15:55]
Xocavənd rayonu Böyük Tağlar kəndi ərazisində yerləşən Tağlar mağarasında Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının üçüncü mövsüm tədqiqatları davam edir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, tədqiqatların əsas hissələrindən birini laboratoriya təhlilləri təşkil edir.
Mağaradan əldə olunmuş dəvəgözü (obsidian) nümunələrinin mənşəyinin müəyyənləşdirilməsi istiqamətində laboratoriya və kameral işlər aparılır. Bu tədqiqatlar mağarada aşkar edilmiş dəvəgözündən hazırlanmış daş alətlərin xammal mənbələrinin coğrafi və geoloji mənşəyini müəyyənləşdirməyə, həmçinin həmin materialların texnoloji seçimi və istifadəsi barədə daha dolğun təsəvvür formalaşdırmağa imkan verəcək. Bu məqsədlə Tokio Universitetindən xüsusi mobil texniki qurğu gətirilib. Məlum olduğu kimi, ölkəmizdə əsas dəvəgözü yataqları Kəlbəcər rayonunda yerləşir. Bu nümunələri əldə etmək və mövcud bazalara daxil etmək məqsədilə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Azərbaycan tərəfdən rəhbəri, Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi dosent Azad Zeynalov, ekspedisiya üzvü, aparıcı elmi işçi dosent Yaqub Məmmədov və Mədəniyyət Nazirliyi yanında Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurasının üzvü Faiq Nəsibov Kəlbəcər rayonuna səfər ediblər.
Yaponiya alimləri qrupunun rəhbəri, Tokio Universiteti Muzeyinin direktoru və Çiba Texnologiya İnstitutunun geokosmoloji tədqiqatların fənlərarası perspektivdən təşviqi üzrə direktor müavini professor Yoşihiro Nişiaki də səfərdə iştirak edib. Tədqiqat çərçivəsində Kəlbəcər rayonu ərazisində yerləşən Keçəldağdan və ətraf ərazilərdən nümunələr əldə olunub.
Götürülmüş nümunələrin bir qismi tədqiqatlara cəlb olunmaqla yanaşı, müəyyən hissəsi əsaslı araşdırmalar üçün Tokio Universitetinə, ABŞ-ın Kolumbiya şəhərində yerləşən Missuri Universitetinin nəzdində fəaliyyət göstərən MURR (Missuri Universiteti Tədqiqat Reaktoru) laboratoriyasına göndəriləcək, həmçinin Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutuna və Təbiət Tarixi Muzeyinə təqdim olunacaq. Bu addım Tağlar mağarasında əldə olunmuş nümunələrin mənşəyinin müəyyən olunması ilə bərabər, digər abidələrdən əldə olunmuş dəvəgözü nümunələrinin tədqiqinə töhfə verəcək.
Qeyd edək ki, Tağlar mağarasının tədqiqində iştirak edən yapon elmi heyətində Milli Qabaqcıl Sənaye Elmləri və Texnologiyaları İnstitutunun professoru Toru Tamura, Aoyama-Gakuin Universitetinin doktoru Hiroto Nakata, Tsukuba Universitetinin dosenti Saici Arai, Çiba Texnologiya İnstitutunun tədqiqatçı köməkçiləri - doktor Vang Yung, Miho Takehana və Şoqo Kume kimi mütəxəssislər təmsil olunublar.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58

