Dostluqdan müttəfiqliyə doğru
26.08.2026 [14:25]
Son illər Azərbaycan-Özbəkistan münasibətləri ənənəvi diplomatik qarşılıqlı əlaqələrdən daha geniş məna kəsb etməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Milli Xəbər Agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, bu gün ikitərəfli münasibətlər siyasi etimadın iqtisadi tamamlama, humanitar yaxınlıq və regional inkişaf üçün ortaq baxışla birləşdirildiyi çoxşaxəli alyans modelini sərgiləyir.
Xüsusi unikallıq təməli ilə seçilən Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi təcrübə, türk mədəni irsi, dili, mənəvi dəyərləri və tarixi yaddaş qarşılıqlı etimad üçün təbii əsas yaradır. Lakin bu münasibətlərin müasir əhəmiyyəti artıq yalnız sivilizasion yaxınlıqla yox, həm də onların ardıcıl şəkildə institusionallaşması ilə müəyyənləşdirilir.
Azərbaycanın və onun lideri İlham Əliyevin dünya miqyasında artan nüfuzu ölkəmizin reytinqini getdikcə yüksəldir. Hər dəfə dövlətimizin başçısının beynəlxalq aləmdə tanınmış agentliklərə və televiziyalara verdiyi müsahibələr böyük rezonans doğurur. Azərbaycan Prezidentinin bugünlərdə Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə beynəlxalq ictimaiyyətdə maraqla qarşılanıb. Müsahibədə qeyd edilir ki, ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.
Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur: daha sıx siyasi koordinasiya, artan qarşılıqlı investisiyalar, genişlənən nəqliyyat bağlantıları, enerji əməkdaşlığı və Türk dünyasında inteqrasiyanın dərinləşdirilməsi. Qarşıdakı dövlət səfəri də bu prosesin növbəti mərhələsini müəyyənləşdirə biləcək mühüm hadisə kimi qiymətləndirilə bilər. Əsas nəticə budur ki, Bakı ilə Daşkənd arasında formalaşan münasibətlər ikitərəfli əməkdaşlıqdan daha geniş məna daşıyır. Bu tərəfdaşlıq Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqelərini bir-biri ilə əlaqələndirərək daha geniş Avrasiya əməkdaşlıq məkanının formalaşmasına töhfə verir
"İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.
Əsli Novruzova-YAP Qusar rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

