Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Finlandiya Rusiya ilə sərhədində 200 kilometrlik hasarın tikintisini başa çatdırıb

Finlandiya Rusiya ilə sərhədində 200 kilometrlik hasarın tikintisini başa çatdırıb

08.09.2026 [14:25]

Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə başlanılan layihənin ümumi dəyəri 365 milyon avro təşkil edib. İki il ərzində 4,5 metr hündürlüyündə 200 kilometrlik hasar, yol infrastrukturu və müşahidə sistemləri inşa olunub.

Layihənin icrasında yüzlərlə Finlandiya şirkəti iştirak edib. Tikinti işləri zamanı hər gün 600-dək işçi və 165 texnika cəlb olunub.

Finlandiya Sərhəd Mühafizəsinin rəisi Markku Hassinen bildirib ki, hasar sərhədə effektiv nəzarəti təmin etməyə, vəziyyət barədə məlumatlılığı artırmağa və sərhəd patrullarının hərəkət imkanlarını genişləndirməyə kömək edəcək.

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30