ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir
29.08.2026 [13:16]
Özbəkistanın “Davr Bank”ının səhmlərinin əldə edilməsi Azərbaycan bankının beynəlxalq imicini möhkəmləndirəcək
Məlum olduğu kimi Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Özbəkistanın “Davr Bank”ının səhmlərinin 51 faizinin əldə edilməsinə dair anlaşma əldə edilib. Dövlət başçılarının iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı olub. Bu, bank və maliyyə sektorunda mühüm hadisə olmaqla, aparıcı Azərbaycan bankının Özbəkistan bazarında yer alması deməkdir. Layihə ABB-nin Özbəkistanın kommersiya banklarından olan Davr Bankın əsas nəzarət səhm paketini əldə edərək bu ölkənin bazarında “ABB Davr” Bank adı ilə fəaliyyətini nəzərdə tutur. ABB 2026-2028-ci illər üzrə strateji inkişaf planında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə uyğun olaraq Özbəkistanın maliyyə bazarında fəaliyyət göstərəcək.
Maliyyə sahəsində də əbədi dostluğun nümunəsi
Beynəlxalq Bankın yeni strateji dövrdə qarşıya qoyduğu coğrafi genişlənmə hədəfinə doğru ilk tarixi addımı məhz Özbəkistandan başlaması isə əsil qardaşlığın tərənnümü, maliyyə sahəsində də əbədi dostluğun nümunəsidir. “ABB Davr” Bank brendi ilə Özbəkistanın bütün regionlarında korporativ və fərdi müştərilərə universal maliyyə xidmətləri göstərəcək. ABB Maliyyə Qrupu son illərdə özünü doğrultmuş korporativ idarəetmə sistemini, rəqəmsallaşma, süni intellektəsaslı innovativ layihələrini, kiçik və orta bizneslər üçün universal maliyyə həllərini Özbəkistan bazarında da geniş tətbiq edəcək. 40 milyona yaxın əhalisi olan, iqtisadiyyatı ardıcıl sürətlə inkişaf edən Özbəkistanın bank sektorunda yeni təcrübələr yaratmağa çalışacaq. Xüsusilə ölkədəki kiçik və orta bizneslərin inkişafı üçün əlavə imkanlar açacaq.
Bu bazarda məqsədyönlü fəaliyyət ABB-yə də böyük imkanlar qazandıracaq. Tanınmış Azərbaycan brendi olan ABB Maliyyə Qrupunun regional və beynəlxalq imicini daha da möhkəmləndirəcək. Yeni tərəfdaşlıq Azərbaycanın bank sektorunun nəhənginin təcrübəsinin, innovativ texnologiyalarının və dayanıqlı kapitalının və qabaqcıl maliyyə məhsullarının “Davr Bank”ın müştərilərinə təqdim etməsinə imkan verəcək.
“ABB Davr” layihəsi Azərbaycanın bank sektorunun aparıcı simasının Özbəkistanda uzunmüddətli fəaliyyətinin başlanğıcı olmaqla bərabər, Mərkəzi Asiyanın digər ölkələrinin maliyyə sistemində də yer almaq planlarına hesablanıb. Heç şübhəsiz ki, ABB növbəti mərhələdə bu region ölkələrinin bank icması ilə yaxın tərəfdaşlıq sinerjisi qurmaqla, biznes, vətəndaşlar, eləcə də ölkə iqtisadiyyatı üçün etibarlı maliyyə tərəfdaşı statusnu qazanacaq.
Onu da qeyd edək ki, ABB-nin xarici bazarlarda, Özbəkistanın aparıcı banklarından birində səhmdar olması gələcəkdə əldə ediləcək mənfəətin bir hissəsinin dividend kimi Azərbaycanın dövlət büdcəsinə köçürülməsini də təmin edəcək ki, bu da ölkə iqtisadiyyatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Körfəz ölkələrinin maliyyə bazarlarında
ABB nüfuzlu maliyyə institutu kimi artıq beynəlxalq bazarlarda öz mövqeyini möhkəmləndirməkdədir. Beynəlxalq imicin və likvidlik mövqeyinin gücləndirilməsi, xarici bazarlardan daha əlverişli şərtlərlə sərfəli maliyyə resurslarının əldə olunması, korporativ müştərilərin bank platforması vasitəsilə xarici bazarlardakı investisiya imkanlarından yararlanması kimi məqsədlərə nail olan bank son illərdə kapital coğrafiyasını genişləndirməkdədir. Bu əməkdaşlıq modelinə uyğun olaraq Beynəlxalq Bankın təkcə Körfəz ölkələrinin maliyyə bazarlarından cəlb etdiyi vəsaitin həcmi 230 milyon dollara çatıb. Əvvəl 100 milyon dollarlıq maliyyə vəsaiti cəlb edən qurum sonradan tərəfdaşlar tərəfindən banka daha böyük həcmdə vəsait ayırmaq təklif edilib. Cəlb edilən vəsait iri biznes layihələrinin, eləcə də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək .
Bu anlaşmalar Azərbaycana, ölkənin bank sektoruna və ABB-yə olan beynəlxalq etimadın göstəricisi hesab edilə bilər. Bu cür sindikativ kredit ABB-nin strateji inkişaf planına uyğun olaraq real sektorun, xüsusilə ixracyönümlü iri layihələrin maliyyələşdirilməsinə dəstək verir. Əlverişli maliyyə şərtləri ilə belə iri həcmdə vəsaitin cəlb olunması ABB-nin maliyyələşdirmə imkanlarını genişləndirir və bizneslər üçün maliyyə resurslarını daha əlçatan edir. Xarici bazarlarda ABB-yə olan yüksək etimad isə uzunmüddətli vəsaitlərin cəlbinə, investor sayının və regional əhatə dairəsinin genişlənməsinə imkan yaradır. Məhz bu əlverişli mühiti qiymətləndirən bank rəhbərliyi gələcəkdə beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar məbləğində əlavə vəsait cəlbetmə imkanlarını nəzərdən keçirir.
Azərbaycan iqtisadiyyatının inkişafına və dünyaya inteqrasiyasına töhfə verməyi strateji hədəflərindən biri hesab edən ABB-nin xarici maliyyə bazarlarında iştirakı bankın beynəlxalq imicini daha da yüksəldir, biznesi maliyyələşdirmə potensialını gücləndirir, likvidlik mövqeyinə, gəlirliliyinə müsbət təsir göstərir. Xarici bazarlarda ABB-yə olan yüksək inam uzunmüddətli vəsaitlərin cəlbinə, investor sayının və regional əhatəliliyinin genişlənməsinə imkan yaradır.
“İlin ən yaxşı bankı” mükafatları
Onu da xatırladaq ki, Azərbaycanın bank nəhəngi maliyyə dünyasının ən nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı tərəfindən bir neçə il əvvəl “İlin bankı” mükafatının qalibi elan edilib. ABB strateji inkişaf nailiyyətlərinə, o cümlədən tətbiq etdiyi yeni texnologiyalara, məhsul və xidmətlərinə, güclü maliyyə göstəricilərinə görə, bu mükafatı qazanıb. Həmçinin, ABB ötən il məşhur “Global Finance” jurnalı tərəfindən “İlin ən yaxşı bankı” mükafatının qalibləri sırasında yer alıb. Bank bu mükafata mənfəətliliyinə, əhatə dairəsinə, qurduğu strateji tərəfdaşlıqlara, son illərdə əldə etdiyi inkişaf nailiyyətlərinə, məhsul və xidmətlərində tətbiq etdiyi innovasiyalara, o cümlədən süni intellekt həllərinə görə layiq görülüb. Qiymətləndirmə zamanı ABB-nin fəaliyyəti haqqında səhm, kredit reytinqi analitiklərinin, digər bank ekspertlərinin rəyləri də nəzərə alınıb.
2026-cı ilin avqust ayında isə ABB “The Brandon Hall Group” beynəlxalq təşkilatının Mükəmməllik Mükafatlarına layiq görülüb. Bank “Təlim və inkişaf üzrə rəqəmsal inkişafın dəstəklənməsi” və “İstedadların idarə olunması üzrə ən yaxşı idarəetmə modeli” kateqoriyasında 2 mükafata layiq görülüb. ABB bu mükafatları istedadların idarə olunması və rəqəmsal sahədə onların inkişafının dəstəklənməsi istiqamətində həyata keçirdiyi ardıcıl layihələrə görə qazanıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13

