Türk dünyasında təhlükəsizlik və həmrəylik: ortaq məsuliyyət, vahid yanaşma
21.09.2026 [16:35]
Müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, regional münaqişələr və təhlükəsizlik təhdidləri dövlətlər arasında strateji əməkdaşlığın daha da gücləndirilməsini zəruri edir. Belə bir şəraitdə Türk Dövlətləri Təşkilatının təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi yalnız üzv ölkələrin milli maraqları baxımından deyil, bütövlükdə regionda sabitliyin və dayanıqlı inkişafın təmin olunması baxımından da mühüm əhəmiyyət daşıyır. Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikirlər bu baxımdan xüsusi diqqət çəkir.
Dövlət başçısı çıxışında Türk Dövlətləri Təşkilatının müxtəlif istiqamətlərdə fəal qarşılıqlı əlaqə həyata keçirdiyini vurğulayıb. Təhlükəsizlik şuralarının katiblərinin Bakıda keçirilən beşinci iclası təşkilat çərçivəsində təhlükəsizlik məsələlərinin sistemli şəkildə müzakirə edilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir. Prezident İlham Əliyev TDT-nin beynəlxalq nüfuzunun artdığını qeyd edərək, təşkilatın beynəlxalq təhlükəsizlik, ticarət, nəqliyyat, enerji və humanitar əməkdaşlıqla bağlı məsələlərin müzakirəsində mühüm rol oynadığını bildirib.
Azərbaycan Prezidentinin çıxışında diqqət çəkən əsas məqamlardan biri Türk dünyasının birlik və həmrəyliyinin strateji əhəmiyyəti ilə bağlıdır. Dövlət başçısının “Türk dünyası bizim ailəmizdir” fikri Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlərin xüsusi yer tutduğunu bir daha nümayiş etdirir. Bu yanaşma tarixi, mədəni və dil yaxınlığı ilə yanaşı, dövlətlər arasında siyasi etimadın, qarşılıqlı dəstəyin və uzunmüddətli əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır.
Təhlükəsizlik məsələlərinin müasir dövrdə yalnız hərbi sahə ilə məhdudlaşmadığı nəzərə alınarsa, TDT çərçivəsində əməkdaşlığın geniş spektri əhatə etməsi xüsusi əhəmiyyət kəsb edir. Enerji və nəqliyyat təhlükəsizliyi, sərhədlərin mühafizəsi, informasiya mühiti və digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət dövlətlərin dayanıqlığının möhkəmləndirilməsinə xidmət edən amillərdəndir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın coğrafi mövqeyinin enerji və nəqliyyat layihələrində oynadığı rola diqqət çəkib. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında əlaqələrin inkişafında mühüm mövqeyə malik olması bu əməkdaşlığın strateji əhəmiyyətini artırır.
Görüşdə səsləndirilən fikirlər Türk Dövlətləri Təşkilatında institusional mexanizmlərin inkişaf etdirilməsinin vacibliyini də ön plana çıxarır. Prezidentin qeyd etdiyi kimi, təşkilat çərçivəsində müxtəlif sahələr üzrə 63 mexanizm və platforma fəaliyyət göstərir. Bu mexanizmlərin mövcudluğu dövlətlər arasında əlaqələrin yalnız siyasi bəyanatlarla məhdudlaşmadığını, konkret qərarların qəbul edilməsi və qarşıya qoyulan vəzifələrin icrası istiqamətində də fəaliyyət aparıldığını göstərir.
Azərbaycanın TDT üzv ölkələri ilə ikitərəfli münasibətləri də bu ümumi əməkdaşlıq siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyev Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla müttəfiqlik haqqında müqavilə və bəyannamələrin imzalandığını diqqətə çatdırıb. Bu sənədlər dövlətlər arasında münasibətlərin yüksək səviyyəsini əks etdirir və qarşılıqlı əlaqələrin müxtəlif istiqamətlərdə inkişafına hüquqi-siyasi zəmin yaradır.
Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdəki çıxışı türk dövlətləri arasında həmrəyliyin və strateji əməkdaşlığın əhəmiyyətini bir daha nümayiş etdirir. Təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mövcud mexanizmlərin səmərəli istifadəsi və dövlətlər arasında etimadın möhkəmləndirilməsi təşkilatın gələcək fəaliyyətinin mühüm istiqamətlərindəndir. Azərbaycanın bu prosesdə fəal iştirakı və Bakıda keçirilən yüksək səviyyəli görüşlər Türk Dövlətləri Təşkilatının beynəlxalq gündəlikdəki rolunun inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma formalaşdırır.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxGündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
İqtisadiyyat
24 Sentyabr 21:40
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19

