Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

İlk dəfə azərbaycanlı tələbə Mərakeşdə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində təhsil alacaq

23.09.2026 [11:43]

Azərbaycan və Mərakeş arasında elm və ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq azərbaycanlı tələbə Hökumətlərarası Təqaüd Proqramı (HTP) vasitəsilə Mərakeş Krallığında təhsil alacaq.

Bu barədə AZƏRTAC-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, bu imkan 2026-cı il fevralın 16-da Rabat şəhərində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Mərakeş Krallığının Ali Təhsil, Elmi Tədqiqat və İnnovasiya Nazirliyi arasında elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında Sazişin imzalanması ilə yaradılıb.

Proqram çərçivəsində seçilmiş azərbaycanlı tələbə 2026-2027-ci tədris ilindən etibarən Mərakeşin V Mohammed Universitetində psixologiya ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alacaq.

Qeyd edək ki, bu, Azərbaycan və Mərakeş arasında ali təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbənin Hökumətlərarası Təqaüd Proqramı vasitəsilə Mərakeşdə təhsil aldığı ilk haldır.

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30