Dağ-mədən sektoru yeni investisiya mərhələsinə daxil olur
23.09.2026 [18:47]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun genişləndirilməsi və təbii ehtiyatlardan daha səmərəli istifadə istiqamətində həyata keçirilən siyasətdə dağ-mədən və metallurgiya sənayesi xüsusi əhəmiyyət kəsb edir. Bu sahənin inkişafı yalnız yeni yataqların istismara verilməsi ilə məhdudlaşmır. Əsas hədəflərdən biri mövcud mineral-xammal potensialının iqtisadi dəyərə çevrilməsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və nəticədə daha yüksək əlavə dəyər formalaşdırılmasıdır. Prezident İlham Əliyevin 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirədə vurğuladığı fikirlər bu istiqamətdə qarşıya qoyulan vəzifələri müəyyənləşdirir.
Yeni Dövlət Proqramı dağ-mədən sənayesinin ölkənin sənaye siyasətində daha geniş yer tutmasına hesablanıb. Burada söhbət təkcə filiz hasilatının artırılmasından getmir. Yataqların öyrənilməsi, hasilat, zənginləşdirmə, emal və metallurgiya məhsullarının istehsalı arasında vahid zəncirin qurulması iqtisadi səmərəliliyin əsas şərtlərindən biri kimi çıxış edir. Belə yanaşma nəticəsində təbii sərvətlərin ilkin xammal şəklində ixracı əvəzinə, onların daha yüksək əlavə dəyər yaradan məhsullara çevrilməsi üçün imkanlar genişlənir. Bu baxımdan Dövlət Proqramının qarşıdakı illər üçün nəzərdə tutduğu layihələr sənayenin strukturunun dəyişdirilməsi baxımından diqqət çəkir. Yeni istehsal müəssisələrinin yaradılması ilə yanaşı, regionlarda məşğulluğun artırılması, yerli sahibkarlığın proseslərə cəlb edilməsi, xidmət və logistika sektorlarının genişlənməsi də gözlənilən nəticələr sırasındadır. 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulması layihələrin yalnız sənaye deyil, sosial-iqtisadi əhəmiyyət daşıdığının göstəricisidir.
Dağ-mədən sektorunun inkişafında əsas istiqamətlərdən biri Balakən rayonunda yerləşən “Filizçay” polimetal yatağı ilə bağlıdır. Yatağın istismara hazırlanması istiqamətində görülən işlər və texniki-iqtisadi əsaslandırmanın hazırlanması bu ərazinin böyük mineral potensialından istifadə üçün mühüm mərhələdir. Layihənin reallaşması həm yatağın iqtisadi dövriyyəyə cəlb edilməsinə, həm də hasilatla emal arasında əlaqələrin qurulmasına imkan yarada bilər.
Daşkəsən filiz yatağının istismarı əsasında Qərb Sənaye Parkının yaradılması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Burada filiz hasilatı ilə kifayətlənməyərək zənginləşdirmə, pelet və briketlənmiş dəmir istehsalının həyata keçirilməsi nəzərdə tutulur. Bu amil xammalın ilkin mərhələdə emal olunaraq sənaye üçün daha yararlı məhsula çevrilməsinə, istehsal zəncirinin ölkə daxilində dərinləşməsinə şərait yaradır. Eyni zamanda, belə layihələr ətrafında formalaşan sənaye ekosistemi nəqliyyat, enerji, logistika, xidmət və digər əlaqəli sahələrə də əlavə tələbat yaradacaqdır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qərb Sənaye Parkının yaradılmasının əsas məqsədi məhz dağ-mədən sənayesinin inkişafıdır: “Daşkəsən” filiz yatağının istismarı və ona yaxın olan bölgələrdə digər layihələrin icra edilməsi, əlbəttə ki, məhz Qərb Sənaye Parkının yaradılmasını şərtləndirdi. Burada, ilk növbədə, tezliklə infrastruktur yaradılmalıdır və bu məqsədlə büdcədə lazımi vəsait nəzərdə tutulmalıdır. Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır. Burada təbii ki, filiz hasilatı və bir neçə zavodun yaradılması nəzərdə tutulur”.
Metallurgiya sənayesinin inkişafı da Dövlət Proqramının mühüm istiqamətlərindən biridir. Xüsusilə alüminium istehsalının 2030-cu ilin sonunadək 100 min tona çatdırılması ilə bağlı hədəf bu sahənin istehsal imkanlarının genişləndirilməsinə yönəlib. Metallurgiya məhsullarının daxili sənayedə istifadəsinin artırılması ölkənin idxaldan asılılığının müəyyən istiqamətlər üzrə azalmasına, eyni zamanda ixrac üçün yeni məhsulların formalaşmasına şərait yarada bilər.
Yeni yataqların aşkar edilməsi və mineral ehtiyatların dəqiq qiymətləndirilməsi də qarşıdakı dövrün əsas vəzifələrindəndir. Naxçıvan Muxtar Respublikasında müasir geoloji kəşfiyyat işlərinin başlanması bu baxımdan mühüm addımdır. Geoloji məlumat bazasının genişləndirilməsi yeni yataqların müəyyənləşdirilməsinə, mövcud ehtiyatların daha dəqiq qiymətləndirilməsinə və gələcək investisiya qərarlarının daha əsaslandırılmış şəkildə qəbul edilməsinə imkan verəcəkdir. Burada investorların prosesə cəlb olunması da mühüm amildir. Dövlətin strateji istiqamətləri müəyyən etməsi və layihələrin reallaşdırılması üçün institusional şərait yaratması ilə yanaşı, yerli və xarici investorların iştirakı texnologiya, maliyyə və idarəetmə imkanlarının genişlənməsinə xidmət edəcəkdir. Belə əməkdaşlıq dağ-mədən sənayesində müasir texnologiyaların tətbiqini sürətləndirməklə yanaşı, istehsalın səmərəliliyinə də təsir göstərəcəkdir.
Sahənin inkişafı ilə bağlı mühüm məsələlərdən biri də ekoloji təhlükəsizlikdir. Dağ-mədən fəaliyyətinin təbiətə təsirinin minimuma endirilməsi, torpaq və su ehtiyatlarının qorunması, hasilat və emal proseslərində ekoloji standartların tətbiqi uzunmüddətli sənaye siyasətinin ayrılmaz hissəsi olmalıdır. Prezident İlham Əliyevin təbii sərvətlərlə yanaşı, ölkənin təbiətinin qorunmasını xüsusi önə çəkməsi də bu yanaşmanın əhəmiyyətini nümayiş etdirir. Bu baxımdan yeni layihələrin iqtisadi səmərəliliklə yanaşı, ekoloji tələblər əsasında həyata keçirilməsi əsas şərtlərdəndir.
Dağ-mədən və metallurgiya sənayesinin genişləndirilməsi regionların iqtisadi fəallığı baxımından da yeni imkanlar yaradır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən sənaye layihələri həmin ərazilərin iqtisadi reinteqrasiyasına, yeni iş yerlərinin açılmasına və yerli istehsal imkanlarının formalaşmasına töhfə verəcəkdir. İnfrastrukturun bərpası və yeni sənaye obyektlərinin yaradılması paralel getdikcə, regionların iqtisadi potensialının daha geniş şəkildə reallaşdırılması üçün zəmin yaranır.
2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı dağ-mədən sektoruna yalnız hasilat sahəsi kimi deyil, tam sənaye istehsal zəncirinin mühüm elementi kimi yanaşmanı önə çıxarır. Filiz yataqlarından əldə olunan xammalın zənginləşdirilməsi, emalı və metallurgiya məhsullarına çevrilməsi ölkə daxilində yaradılan əlavə dəyərin həcmini artıracaqdır.
Beləliklə, qarşıdakı mərhələdə dağ-mədən və metallurgiya sənayesinin qarşısında duran əsas məsələ təbii sərvətlərin sadəcə hasil edilməsi deyil, onların iqtisadiyyatın müxtəlif sahələri ilə əlaqələndirilərək daha yüksək dəyərə malik məhsullara çevrilməsidir. Dövlət Proqramının məhz bu yanaşma əsasında icrası ölkənin sənaye potensialının genişləndirilməsi, yeni istehsal zəncirlərinin qurulması və qeyri-neft sektorunda əlavə iqtisadi imkanların formalaşdırılması baxımından mühüm mərhələ yaradacaqdır.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

