Azərbaycanın iqtisadi inkişaf strategiyası
28.09.2026 [16:22]
Elmin Məmmədov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
İlk öncə qeyd edək ki, Azərbaycanın iqtisadi inkişaf strategiyası yeni mərhələyə qədəm qoyur.
26 sentyabr 2026-cı il tarixində Prezident cənab İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkənin investisiya imkanlarının həm mövcud iqtisadi göstəricilərlə, həm də nəqliyyat infrastrukturu, enerji potensialı, regional bağlantılar, insan kapitalı və sabit biznes mühiti ilə şərtləndiyini nümayiş etdirir.
Prezident cənab İlham Əliyevin himayəsi altında keçirilən forum müxtəlif ölkələrin investorlarını və biznes dairələrini bir araya gətirməklə yanaşı Azərbaycanın yeni iqtisadi inkişaf mərhələsinin prioritetlərinin təqdimatı baxımından da mühüm əhəmiyyət kəsb edir.
Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, indiyədək görülən işlər gələcək inkişaf üçün ilkin şərt formalaşdırıb. Sabit iqtisadiyyatın və müstəqil maliyyə-iqtisadi sistemin yaradılması Azərbaycanın qarşısında daha böyük inkişaf perspektivləri açıb. Məhz bu möhkəm təməl üzərində ölkənin müsbət iqtisadi dinamikasının daha da gücləndirilməsi qarşıya mühüm vəzifə kimi qoyulur.
Azərbaycanın əlverişli investisiya mühiti beynəlxalq biznes dairələrinin ölkəmizə marağını davamlı şəkildə artırır.
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsinin yol açdığı uğurlar göz qabağındadır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan zaman-zaman qaz, elektrik enerjisi ixracatçısına çevrildi. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir. Hər zaman qeyd edildiyi kimi, bu, son rəqəm deyil. Ölkəmizin malik olduğu ehtiyatlar ölkələrin coğrafiyasını genişləndirməyə, yəni qaz ixracını artırmağa geniş imkanlar yaradır. Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasını üstünlüklərimizdən biri kimi önə çəkən Prezident İlham Əliyev bildirdi ki, görülən işlər, sabit iqtisadiyyat və müstəqil maliyyə və iqtisadi sistem olmasaydı, bu gün gələcəkdən danışmaq çətin olardı. Beləliklə, bizim bu müsbət dinamikanı daha da inkişaf etdirməyimizə ehtiyac var. Biz iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktını əldə rəhbər tutmalıyıq.
Azərbaycanın investisiya siyasətində yeni mərhələnin əsas xüsusiyyəti iqtisadiyyatın şaxələndirilməsi ilə bağlıdır. Ölkənin uzunmüddətli iqtisadi inkişaf perspektivində neft-qaz sektorunun mövcud imkanları qorunmaqla yanaşı, qeyri-neft sektorunun inkişaf etdirilməsi, insan kapitalına, infrastruktura, rəqəmsal texnologiyalara və süni intellektə investisiyaların artırılması strateji əhəmiyyət kəsb edir.
Qeyd edək ki, II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu Azərbaycanın iqtisadi potensialının beynəlxalq investorlara təqdim edilməsi ilə yanaşı, konkret əməkdaşlıq layihələrinin reallaşdırılması üçün mühüm platformaya çevrildi.
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

