AQEM Zirvəsi: Azərbaycanın diplomatik nüfuzu və sülhə baxışı
19.10.2026 [11:31]
Elşən Alıyev
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də qlobal proseslərə təsir göstərmək, dialoqu təşviq etmək və milli maraqları beynəlxalq hüquq çərçivəsində müdafiə etmək bacarığı ilə ölçülür. Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündəki çıxışı Azərbaycanın bu istiqamətlərdə tutduğu mövqeyi ifadə edib. Dövlət başçısı beynəlxalq təhlükəsizliyin təmin olunması, dövlətlər arasında etimadın möhkəmləndirilməsi və regional sülhün qorunması məsələlərinə diqqət çəkib.
Bugünkü geosiyasi reallıqlar beynəlxalq əməkdaşlığın genişləndirilməsini və dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsini zəruri edir. Müxtəlif regionlarda davam edən münaqişələr və beynəlxalq hüququn tətbiqindəki ziddiyyətlər qlobal təhlükəsizlik üçün ciddi çağırışlar yaradır. Belə bir şəraitdə Azərbaycanın müstəqil xarici siyasəti, milli maraqlara əsaslanan qərarları və çoxtərəfli diplomatiyaya verdiyi töhfə diqqət çəkir.
Azərbaycanın coğrafi mövqeyi Avropa ilə Asiya arasında əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradır. Nəqliyyat, enerji və iqtisadiyyat sahələrində qurulan tərəfdaşlıqlar ölkəmizin regional proseslərdə rolunu artırır. AQEM-ə sədrliyi dövründə nəqliyyat bağlantıları, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, elm və təhsil sahələrində əməkdaşlığın təşviqi Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi töhfənin göstəricisidir. Təşkilatın institusional imkanlarının gücləndirilməsi və üzv dövlətlər arasında dialoqun genişləndirilməsi ortaq maraqların reallaşdırılmasına xidmət edir.
Azərbaycanın ərazi bütövlüyünün uzun illər pozulması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasız qalması və ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı ciddi suallar yaratdı. Bu təcrübə göstərdi ki, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar yalnız icra olunduğu təqdirdə real nəticə verir. Əks halda, hüquqi öhdəliklərin yerinə yetirilməməsi münaqişələrin uzanmasına və beynəlxalq institutlara inamın zəifləməsinə səbəb olur.
Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində qazandığı Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ərazi bütövlüyünün və suverenliyin tam bərpası dövlətimizin siyasi iradəsini, ordumuzun gücünü və xalqımızın birliyini nümayiş etdirir. Bu tarixi nəticə Azərbaycanın milli maraqlarını müdafiə etmək əzminin ifadəsi olmaqla yanaşı, beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasının vacibliyini də bir daha gündəmə gətirir.
Azərbaycanın hərbi Qələbədən sonra sülh təşəbbüsü ilə çıxış etməsi ölkəmizin gələcəyə yönəlmiş siyasi yanaşmasını nümayiş etdirir. Dövlətimiz Ermənistanla münasibətlərin normallaşdırılmasında, sərhədlərin müəyyənləşdirilməsində, kommunikasiyaların açılmasında və iqtisadi əlaqələrin genişləndirilməsində maraqlıdır. Regionda davamlı sülhün təmin olunması qarşılıqlı öhdəliklərə əməl edilməsini, dövlətlərin suverenliyinə hörmət göstərilməsini və əldə olunan razılaşmaların həyata keçirilməsini tələb edir.
Cənubi Qafqazda sabitliyin möhkəmlənməsi nəqliyyat, ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yarada bilər. Bu prosesdə Azərbaycanın irəli sürdüyü sülh gündəliyi regionun qarşıdurmadan əməkdaşlığa keçidinə yönəlib. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenilənməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı müharibədən sonrakı mərhələdə ölkəmizin əsas prioritetlərindəndir.
AQEM-in Bakı Zirvəsi Azərbaycanın beynəlxalq əməkdaşlıqda fəal rolunu bir daha diqqətə çatdırıb. Ölkəmiz təhlükəsizlik məsələləri ilə yanaşı, nəqliyyat əlaqələrinin, iqtisadi tərəfdaşlığın, rəqəmsal inkişafın və qarşılıqlı anlaşmanın genişlənməsinə töhfə verir. Belə çoxtərəfli platformalar dövlətlər arasında fikir mübadiləsi aparılması, ortaq maraqların müəyyənləşdirilməsi və qarşılıqlı etimadın gücləndirilməsi üçün əlverişli imkanlar yaradır. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan AQEM-ə iki il ərzində sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırmış və nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil, elm və digər sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq etmişdir: “Bütün üzv dövlətlərin yekdil dəstəyi ilə həyata keçirilmiş müxtəlif təşəbbüslərimiz nəticəsində hazırda AQEM institusional və hüquqi baxımdan daha güclüdür. Üzvlərinin sayı genişlənmişdir və öz coğrafi məkanında təhlükəsizliyin, iqtisadi rifahın və qarşılıqlı anlayışın təşviqi naminə dialoqu və qarşılıqlı fəaliyyəti inkişaf etdirmək üçün imkanları əhəmiyyətli dərəcədə möhkəmlənmişdir”.
Ədalətli beynəlxalq münasibətlər sistemi dövlətlərin suverenliyinə hörmət, ikili standartlardan imtina və qəbul edilmiş qərarların icrası üzərində qurulmalıdır. Azərbaycanın təcrübəsi göstərir ki, milli maraqların müdafiəsi ilə sülh və əməkdaşlığa sadiqlik bir-birini tamamlayan istiqamətlərdir. Beləliklə, AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfənin və regional sülhə dair mövqeyinin təqdimatı baxımından diqqətəlayiq platforma olub. Ölkəmiz bundan sonra da beynəlxalq hüququn prinsiplərinin qorunmasına, dövlətlər arasında etimadın möhkəmləndirilməsinə və Avrasiya məkanında əməkdaşlığın genişlənməsinə töhfə vermək əzmindədir. Azərbaycanın siyasi yanaşması milli suverenliyin müdafiəsi, ədalətli beynəlxalq münasibətlər və dayanıqlı sülhün bir-biri ilə sıx bağlı olduğunu təsdiqləyir.
Xəbər lenti
Hamısına baxSosial
19 Oktyabr 15:45
İdman
19 Oktyabr 15:45
YAP xəbərləri
19 Oktyabr 15:41
YAP xəbərləri
19 Oktyabr 15:35
Siyasət
19 Oktyabr 15:27
YAP xəbərləri
19 Oktyabr 15:04
Elanlar
19 Oktyabr 15:02
Sosial
19 Oktyabr 14:54
Gündəm
19 Oktyabr 14:33
Sosial
19 Oktyabr 14:13
Sosial
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:12
İqtisadiyyat
19 Oktyabr 14:11
Sosial
19 Oktyabr 14:10
Mədəniyyət
19 Oktyabr 14:09
Dünya
19 Oktyabr 14:08
YAP xəbərləri
19 Oktyabr 13:43
YAP xəbərləri
19 Oktyabr 13:39
Siyasət
19 Oktyabr 13:02
YAP xəbərləri
19 Oktyabr 12:50
YAP xəbərləri
19 Oktyabr 12:49
YAP xəbərləri
19 Oktyabr 12:25
YAP xəbərləri
19 Oktyabr 12:10
Sosial
19 Oktyabr 11:41
Sosial
19 Oktyabr 11:39
Sosial
19 Oktyabr 11:39
YAP xəbərləri
19 Oktyabr 11:36
YAP xəbərləri
19 Oktyabr 10:54
Dünya
19 Oktyabr 10:47
Dünya
19 Oktyabr 09:41
Dünya
19 Oktyabr 09:17
Dünya
19 Oktyabr 08:59
Dünya
19 Oktyabr 08:30
Maraqlı
18 Oktyabr 20:31
Dünya
18 Oktyabr 19:17
Dünya
18 Oktyabr 18:40
Dünya
18 Oktyabr 17:25
Analitik
18 Oktyabr 16:30
Analitik
18 Oktyabr 16:22
Dünya
18 Oktyabr 16:18
Analitik
18 Oktyabr 16:13
Analitik
18 Oktyabr 16:10
Dünya
18 Oktyabr 15:31
Dünya
18 Oktyabr 14:22
Dünya
18 Oktyabr 13:17
Dünya
18 Oktyabr 12:35
Dünya
18 Oktyabr 11:19
İqtisadiyyat
18 Oktyabr 10:54
Siyasət
18 Oktyabr 10:27
Dünya
18 Oktyabr 10:23
Siyasət
18 Oktyabr 10:22
Siyasət
18 Oktyabr 10:21
Siyasət
18 Oktyabr 10:10
Dünya
18 Oktyabr 09:17
Dünya
18 Oktyabr 08:32
Mədəniyyət
18 Oktyabr 08:13
Dünya
18 Oktyabr 08:10
Hadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35

