Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Sabirabad rayon 3 saylı şəhər ərazi partiya təşkilatında "Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı" barədə tədbir keçirilib

YAP Sabirabad rayon 3 saylı şəhər ərazi partiya təşkilatında "Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışı" barədə tədbir keçirilib

19.10.2026 [12:10]

​Bu gün Yeni Azərbaycan Partiyası Sabirabad rayon 3 saylı şəhər ərazi partiya təşkilatında partiyanın sədri, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı tarixi çıxışının mahiyyətinə və əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib.

​Tədbir müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

​Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının sədr müavini Daşqın Şixəliyev bildirib ki, cənab Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı proqram xarakterli nitqi partiyamızın gələcək fəaliyyət istiqamətlərini və dövlətimizin strateji inkişaf hədəflərini müəyyən edən mühüm yol xəritəsidir. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər və işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər bir partiya fəalının üzərinə böyük məsuliyyət qoyur.

​YAP Sabirabad rayon təşkilatının əməkdaşı Tural Hüseynzadə öz çıxışında dövlət başçısının qurultayda irəli sürdüyü mühüm tezislərə diqqət çəkərək, partiya üzvlərinin və gənclərin ölkənin ictimai-siyasi həyatında, eləcə də milli həmrəyliyin möhkəmləndirilməsində fəal iştirakının vacibliyini qeyd edib.

​Daha sonra çıxış edən Sabirabad şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi Səlmi Mehtiyeva və partiya fəalı Ağakərim Əhmədov Yeni Azərbaycan Partiyasının ölkəmizin tərəqqisindəki aparıcı rolundan, Ümummilli Lider Heydər Əliyevin irsinin təbliğindən bəhs ediblər. Natiqlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti həmişəki kimi bundan sonra da fəal şəkildə dəstəkləyəcəklərini, qarşıya qoyulan vəzifələrin icrasında yaxından iştirak edəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Sosial

Gündəm

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

17 Oktyabr 08:35  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31