COP29 çərçivəsində enerji keçidi üzrə İnvestisiya Forumu keçiriləcək
19.09.2024 [11:31]
Noyabrın 15-16-da COP29 çərçivəsində Bakıda Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) və Energetika Nazirliyi tərəfindən Mərkəzi Asiyada enerji keçidi üzrə ilk İnvestisiya Forumu keçiriləcək.
Energetika Nazirliyindən Yeniazerbaycan.com-a bildirilib ki, forum iqlimlə bağlı maliyyələşmənin əsas prioritet istiqamət olduğu nəzərə alınmaqla, bu sahədə ambisiyaların artırılmasına və praktiki tədbirlərin həyata keçirilməsinə dəstək məqsədini daşıyır.
Forumun keçirilməsi ilə bağlı IRENA-nın baş direktoru Francesco la Camera deyib: “Lazımi investisiyaların cəlb edilməsində ciddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Mərkəzi Asiya bərpaolunan enerji mənbələrindən istifadənin inkişafı üçün böyük potensiala malikdir. COP29 çərçivəsində enerji keçidinə dair Bakıda keçiriləcək İnvestisiya Forumu sərmayələrlə bağlı maneələri aradan qaldırmaq, maraqlı tərəflərin fəaliyyətlərini əlaqələndirmək və dünyanın diqqətini bu bölgədən olan layihələrə cəlb etmək üçün xüsusi olaraq hazırlanıb”.
COP29-un prezidenti Muxtar Babayev əlavə edib ki, Azərbaycan yaşıl enerji keçidinə sadiqdir və hazırda bərpaolunan enerji mənbələri sahəsində qonşu Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıq qurulub: “Enerji sistemlərinin birləşdirilməsi haqqında Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika nazirləri arasında əldə edilmiş razılıq kimi təşəbbüslər bu əməkdaşlığın sübutdur. Biz inanırıq ki, dünya bu ilin noyabrında Bakıda bir araya gələndə COP29 tədbiri gənclərin, bərpaolunan enerji potensialının, canlı iqtisadiyyatın köməyi ilə Mərkəzi Asiyanın yaşıl, ədalətli inkişaf yolunda irəliləməsi üçün tramplin rolunu oynaya və bu yolu davam etdirmək üçün lazımi investisiyaları cəlb edə bilər”.
Energetika naziri Pərviz Şahbazov isə bildirib: “Azərbaycan bərpaolunan enerjinin regional layihələrlə inkişafını təmin edən strateji əhəmiyyətli təşəbbüslərin reallaşması üçün mühüm addımlar atır. Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi, Mərkəzi Asiya ölkələrinin nəhəng enerji potensialının “yaşıl enerji dəhliz”ləri ilə Türkiyə və Avropa bazarlarına nəql olunması əsas prioritetlərimizdən biridir. COP29 zamanı lRENA və Azərbaycanın birgə keçirəcəyi Enerji Keçidi İnvestisiya Forumunun Mərkəzi Asiya ölkələri ilə yaşıl enerji tərəfdaşlığını gücləndirəcək, investorların, enerji şirkətlərinin marağını cəlb edəcək və müştərək layihələrimizin həyata keçirilməsini sürətləndirəcək məhsuldar platforma olacağına inanırıq”.
Qeyd edək ki, iki günlük forumda Mərkəzi Asiyadakı bərpaolunan enerji keçidi layihələrinə investisiya yatırımlarının təşviqi məqsədilə dünya və region üzrə maraqlı tərəflər bir araya gələcək. Forum BƏƏ-nin COP28-də əldə etdiyi konsensus nəticələrini irəlilətmək üçün bərpaolunan enerjinin inkişafını təşviq etmək, enerjiyə keçidlə əlaqəli texnologiyalara investisiyaların artırılması imkanları ilə bağlı hökumətlər, maliyyə institutları, investorlar, layihənin icraçı tərəfdaşları, layihə tərtibatçıları (developerlər) və digər əsas maraqlı tərəflər arasında geniş dialoqun təşkili üzrə platforma təmin edəcək. Burada həmçinin ikitərəfli sessiyalar üçün imkanlar və qlobal investorlara, maraqlı tərəflərə regionun bərpa olunan enerji layihələrini nümayiş etdirəcək sərgi sahəsi təqdim olunacaq.
IRENA Mərkəzi Asiyadan olan şirkətləri bərpaolunan enerji layihələrini forumda investorlara təqdim etməyə dəvət edir. Seçilmiş layihələr İqlim İnvestisiya Platforması (CIP) və IRENA tərəfindən idarə olunan Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) tərəfindən nəzərdən keçirilə bilər.
Layihələrə olan tələblər haqqında CIP və ETAF saytlarından ətraflı məlumat əldə edilə bilər.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59

