COP29 üçün müvəqqəti gömrük nəzarət zonası
05.11.2024 [09:16]
Sürətli keçid sistemi iştirakçıların asan gömrük rəsmiləşdirilməsini təmin edəcək
Ölkəmizdə keçiriləcək COP29 sammiti ilə əlaqədar müəyyən edilmiş tədbrilər planında ən mühüm istiqamətlərdən biri də xarici ölkələrdən gələn nümayəndə heyəti və iştirakçıların sürətli keçidinin və asan gömrük rəsmiləşdirilməsinin təmin edilməsidir. Həmin tapşırıqların icrası ilə bağlı Dövlət Gömrük Komitəsi tərəfindən “COP29 - Gömrük Komissiyası” yaradılıb. Komissiya COP tədbirləri üçün Azərbaycana səfər edən qonaqlara məxsus əşya və avadanlıqların rəsmiləşdirilməsinin sürətləndirilməsi üçün Bakı Olimpiya Stadionunun ərazisində “COP29 - müvəqqəti gömrük nəzarət zonası” təşkil edilib. Həmin zonada təmassız texnologiya infrastrukturu qurulub ki, bu, COP29 təbiri zamanı lazım olan zəruri avadanlıqlar, material və qurğular, habelə media orqanlarının texnika və ləvazimatlarının gömrük məntəqəsində rəsmiləşdirilməsini qısa zaman intervalında həyata keçirməyə imkan verir.
Beynəlxalq təcrübəyə əsaslanan təmassız yoxlamalar
Qeyd edək ki, BMT-nin tövsiyələrinə əsasən, COP sammitlərində iştirak edən heyətlərin bütün üzvlərinin tədbirin keçirildiyi ölkəyə gəlişini tez və rahat şəkildə təmin etmək üçün hava nəqliyyatı və mülki aviasiya sektorlarında, sərhəd-keçid məntəqələrində xüsusi tədbirlər və prosedurlar icra olunur. Xarici qonaqların sammit ölkəsinə səfərini daha əlçatan etmək üçün beynəlxalq səviyyədə asanlaşdırıcı gömrük rejimləri tətbiq olunur. Gömrük zonaları həmin tədbirlər proqramının bir hissəsidir və gömrük orqanları texnoloji potensiallardan istifadə etməklə daha çevik idarəetmə sistemini tətbiq etməyə hazırlanır. Nəzarət və buraxlış seqmentlərinə əlavə elektron xidmət kanalları əlavə olunur.
Bu planın bir hissəsi kimi keçid məntəqələrində “mavi” və “yaşıl zona”lar təşkil edilir ki, bu zonalarda ən innovativ cihazlar, sensor otaqları, sürətli gömrük emalı qurğuları quraşdırılır. Məsələn, COP28-in keçirildiyi Birləşmiş Ərəb Əmirliyində, yaxud COP-27-nin təşkil olunduğu Misirdə dövlət və hökumət üzvləri üçün “yaşıl zona”, digər iştirakçılar üçün “mavi zona” bölmələri yaradılmışdı. Eləcə də bəyannamə sistemi tamamilə təkmilləşdirilərək qısa və sadə bəyannamə formaları tərtib edilmiş, habelə konfransda media fəaliyyəti üçün tələb olunan mallarının “e-customs” portalı vasitəsilə bəyan edilməsi üçün ayrıca elektron resurslar formalaşdırılmşdı. Həmçinin tədbir iştirakçılarına məxsus əşya və ləvazimatların təmassız qəbulu prosesi həyata keçirilib. Xüsusi elektron müşahidə kameralarından istifadə etməklə gömrük və sərhəd xidməti orqanı əməkdaşının fiziki təması olmadan aparılan bu yoxlamalar zamanı xüsusi cihazlardan istifadə olunur.
Azərbaycan hökuməti qeyd edilən bütün bu yenilikləri tətbiq etmək üçün ötən aylarda COP29 Təşkilat Komitəsinin tapşırığına əsasən, tədbirlər planı hazırlayıb və plana uyğun olaraq aiddiyatı qurumların əməkdaşları təlim və seminarlar vasitəsilə bu prosedurları tam mənimsəyərək lazımı təcrübə toplayıb. Həmin təkmil bilik və təcrübələrə əsasən, lazımi elektron avadanlıq və nəzarət-müşahidə cihazları əldə edilib, gömrük sistemində təmassız yoxlam rejimləri təmin olunub, eyni zamanda, gömrük prosedurlarını ən qısa və sürətli tezlikdə həyata keçirən asan keçid mexanizmi infrastrukturları qurulub.
“COP29 Xüsusi Viza”sının alınması...
Onu da qeyd edək ki, COP29-da iştirak edəcək şəxslərin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə gömrük zonalarında nəzarəti həyata keçirilən əməkdaşlara ən son texnoloji imkanlara cavab verən baxış-rentgen texnikaları, mobil və stasionar yoxlama baxış sistemləri, baqaj yoxlama cihazları və digər texniki nəzarət vasitələri ilə də təmin edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında COP29-a hazırlıq çərçivəsində konfrans iştirakçıları üçün xüsusi giriş vizalarının terminallar vasitəsilə qeydiyyat prosesi təkmilləşdirilib, yoxlanış məntəqələrinin sayı artırılıb, xüsusi təhlükəsizlik qurğuları yerləşdirilib. Bu amil də Azərbaycanda təhlükəsizliyin ən etibarlı və yüksək səviyyədə təşkilini təsdiqləyir.
Bundan başqa, qonaqların hələ səfərdən əvvəl elektron gömrük sistemində çox rahat və ani vaxt tezliyində zəruri məlumatları yerləşdirməsi və qeydiyyatdan keçməsi üçün operativ e-infrastruktur yaradılıb. Qonaqlar “COP29 Xüsusi Viza”sını həm rəsmi elektron viza portalı, həm də Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə əldə edə bilirlər. Asan gömrük rejiminə əsasən, COP-a gələn şəxslərin özləri ilə gətirəcəkləri əşyaların elektron qaydada öncədən bəyan edilməsi prosesində də təkmilləşdirilmələr aparılıb. Belə ki, sadələşdirilmiş gömrük bəyannamələrinin daha asan və sürətli tərtib eilməsi məqsədilə komitənin müvafiq portalında media nümayəndələri üçün mal adlarının qısa yol keçidləri hazırlanıb, Həmçinin bəyannamələrin təsdiqinin “QR kod”la həyata keçirilməsi mexanizmi təmin edilib.
Bundan başqa, tədbir iştirakçılarının və ölkəmizə gələn qonaqların gömrük qaydaları ilə bağlı məlumatlandırılması məqsədilə gömrük sərhədindən keçirilən mallarla bağlı qanunvericiliyin tələblərinə dair məlumatlandırıcı və izahedici videoçarxlar hazırlanaraq komitənin rəsmi internet səhifəsində yerləşdirilib, həmçinin “cop29.az” rəsmi internet saytına inteqrasiya olunub.
Beləliklə, Azərbaycan beynəlxalq COP təcrübəsinə əsaslanaraq gömrük yoxlama və rəsmiləşdirilməsi prosesini maneəsiz və sürətli rejimdə təmin etmək üçün sərhəd-keçid zonalarında bütün infrastrukturlarını hazır vəziyyətə gətirib. Gömrük zonasında çevik və sadələşdirilmiş idarəetmə sistemi yaşıl xətt sxemi üzrə sərnişinlərə məxsus mal və əşyaların tez bir zamanda keçidini başa çatdırmağa imkan verir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25

