Ötən il Bakıda, bu il Belemdə...
22.11.2025 [12:16]
COP 29 və COP30 bir-birindən nə ilə fərqləndi?
Ötən ilin noyabr ayında BMT-nin ən böyük tədbirlərindən biri sayılan qlobal iqlim konfransı - COP29 Bakının ev sahibliyi ilə baş tutdu. Bu il isə qlobal iqlim konfransı COP30 Braziliyanın Belem şəhərində keçirilib. İstər-istəməz müqayisə aparmaq lazım gəlir: Azərbaycanın və Braziliyanın ev sahibliyi ilə keçirilən COP29 və COP30 ayrı-ayrılıqda nə ilə yadda qalıb?
Azərbaycanın nümunəvi təşkilatçılığı
COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna çatıb. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüblər. Nəticədə isə ölkəmizin namizədliyi təsdiqlənib.
COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə bəslənilən böyük etimadın göstəricisidir. Respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iadəsinə uyğun olaraq qlobal həmrəyliyin güclənməsini hədələyən ardıcıl siyasət həyata keçirir ki, bu da dünyada təqdirlə qarşılanır.
Respublikamızın COP29-a hazırlaşmaq üçün cəmi bir il vaxtı var idi. Məsuliyyətli dövlət olan Azərbaycan tədbirə yüksək səviyyədə hazırlıqlar gördü və uğurla keçən tədbir ölkəmizin liderlik keyfiyyətlərini bir daha dünyanın diqqətinə çatdırdı. Tədbirdə iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçib, həmçinin 80 dövlət və hökumət başçısı Bakıya təşrif gətirib. İştirakçıların böyük hissəsi, yəni 57 min 160 nəfər əcnəbilər olublar. COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti təşkil olunub.
Bakıda baş tutan iqlim konfransında bir sıra uğurlu nəticələr əldə olunub. Bu sırada aşağıdakıları xüsusi olaraq qeyd etmək mümkündür:
- Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunması. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub.
- 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq emissiyaların azaldılmasını tənzimləyə biləcək.
- 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur.
- Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsinin yaradılması. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.
- COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddət idi ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu.
Beləliklə, deyə bilərik ki, Azərbaycan COP29-un təcrübəsi və mirası ilə gələcək iqlim konfransları üçün nümunəvi presedent yaradıb. COP29-un “Bakı sıçrayışı” adlandırılması burada bir çox hədəflərə çatılması ilə bağlıdır.
COP30-da yaşanan ciddi problemlər
Gözləmək olardı ki, Bakının ev sahibliyi etdiyi COP29-un təcrübəsi öyrəniləcək və Braziliyada daha yüksək səviyyəli tədbir keçiriləcək. Ancaq bu baş vermədi. COP30-un davam etdiyi müddətdə bir sıra problemlər yaşandı. Fərq ilk növbədə tədbirə daha az sayda yüksəksəviyyəli iştirakçıların qatılmasında idi. Bir sıra ölkələr COP30-u baykot etmişdi. Təşkilatçılıqla da bağlı hər şey yüksək səviyyədə deyildi. Xüsusilə də pərakəndəlik, kordinasiyanın zəif olması diqqət çəkməyə bilməzdi. Təşkilat komitələrin tez-tez dəyişməsi, Amazon siyasəti ilə bağlı daxili ziddiyyətlər, gündəliyin qeyri-müəyyənliyi, məruzələrin gecikməsi və bu kimi digər amillər tədbirin səmərəliliyinə ciddi kölgə salıb. İqlim maliyyələşməsi ilə bağlı konkret nəticəyə gəlinməməsi isə heç şübhəsiz ki, COP30-un ən pis irisi sayıla bilər.
COP30-un son günü də, yumşaq desək, başağrısı ilə yadda qalıb. Belə ki, baş verən yanğın ciddi narahatlıq yaradıb. Milli medianın məlumatına görə, yanğın sammitdə iştirak edən ölkələrin və beynəlxalq təşkilatların tribunalarının yerləşdiyi “Mavi Zona”da başlayıb və təcili qaydada təxliyyə tədbirləri görülüb.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxMədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

