/ / Seçkilərin şəffaf və qanun çərçivəsində keçirilməsində ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür
Seçkilərin şəffaf və qanun çərçivəsində keçirilməsində ixtisaslaşdırılmış kursların əhəmiyyəti böyükdür
26.08.2015 [10:07]
Avqustun 25-də 29 saylı Səbail seçki dairəsi Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam edib.
AZƏRTAC xəbər verir ki, Dairə Seçki Komissiyasının sədri Cahangir Məmmədov bildirib ki, bu kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində keçirilir.
C.Məmmədov 29 saylı Səbail seçki dairəsi Dairə Seçki Komissiyasında Milli Məclisə seçkilərlə bağlı hazırlıq işlərindən, qarşıdan gələn parlament seçkiləri ilə bağlı genişmiqyaslı maarifləndirmə proqramından danışıb. Diqqətə çatdırıb ki, parlament seçkiləri ərəfəsində maarifləndirmə sahəsində Mərkəzi Seçki Komissiyası tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün seminarlar keçirilib. Artıq bu seminarlar aşağı komissiyalarda - məntəqə seçki komissiyalarının sədrləri və dairə seçki komissiyasının üzvləri üçün təşkil edilir. Bu maarifləndirici seminarların və kursların seçkilərin şəffaf və qanunamüvafiq keçirilməsi üçün əhəmiyyəti böyükdür.
Qeyd olunub ki, 38 min 673 seçicisi olan Dairə Seçki Komissiyasının ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Seçkilərə bir neçə gün qalmış əlavə müvəqqəti məntəqənin yaradılması nəzərdə tutulur. Komissiya üzvlərinin normal fəaliyyət göstərməsi üçün məntəqələrdə hər cür şərait yaradılır. Məntəqələr lazımi texniki zəruri avadanlıqla tam təchiz edilib. Şəffaflığın təmin olunması məqsədilə 12 məntəqədə veb-kamera quraşdırılıb.
Kurslarda seçici siyahıları ilə iş qaydası, seçkiqabağı təşviqatın təşkilinə şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması və bu istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu, seçki hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmləri mövzularında təlimlər keçirilib. Yerli icra və bələdiyyə qurumlarının və digər təşkilatların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması məsələlərinə toxunulub.
Çıxış edənlər seçki prosesinin tam demokratik şəraitdə keçirilməsi üçün komissiya üzvlərinin öz işlərinə məsuliyyətlə yanaşmasından söz açıblar. Bildirilib ki, qanunvericiliyə əsasən seçki günü məntəqələrdə görülən işin, səsvermə prosesinin cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq. Xüsusi vurğulanıb ki, seçki komissiyalarının üzvləri yerli və xarici müşahidəçilərlə, mətbuat işçiləri ilə təlimata uyğun işləməyin qaydalarını dəqiq öyrənməlidirlər.
29 saylı Səbail seçki dairəsi Dairə Seçki Komissiyasının üzvü Yusif Cabbarov bildirib ki, kurslara seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqə seçki komissiyalarının sədrləri və üzvləri də cəlb olunublar. Dövlətimizin başçısının tapşırığı və tələbi odur ki, həmişə olduğu kimi builki seçkilər də yüksək şəffaflıq şəraitində keçsin. Biz də dövlətimizin başçısının etimadını doğrultmağa və tapşırığı lazımi səviyyədə yerinə yetirməyə çalışırıq. Builki parlament seçkilərinin də yüksək səviyyədə keçiriləcəyinə əminik.
Avqustun 26-da başa çatacaq kurslarda iştirakçılara qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçici siyahılarının təkmilləşdirilməsi, toplanan imzaların dəqiq yoxlanılması, səsvermə günü görüləcək işlər, vəzifələrin qüsursuz icra olunması, rəsmi seçki sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi və digər prosedurlarla bağlı məlumat verilir.
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

