Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Dehlidəki bir neçə xəstəxanada bomba həyəcanı yaşanıb

Dehlidəki bir neçə xəstəxanada bomba həyəcanı yaşanıb

14.05.2024 [15:13]

Hindistanın paytaxtı Dehli ərazisindəki bir neçə xəstəxanaya bomba təhlükəsi ilə bağlı məlumat daxil olub. 

AZƏRTAC “Hindistan Times” saytına istinadla xəbər verir ki, elektron poçt vasitəsilə alınan təhdiddə xəstəxana ərazilərinə partlayıcılar qoyulduğu iddia edilib. Polis dərhal hərəkətə keçib və kütləvi axtarışlar aparmaq üçün xəstəxanalara xeyli sayda bomba zərərsizləşdirmə qrupları göndərib.

Hedgevar xəstəxanasının mühafizəsi üzrə məsul şəxs mediaya açıqlamasında xəstəxana binalarının hərtərəfli yoxlanılmasının aparıldığını, polis və bomba axtarış qruplarının işi nəzarətə götürdüyünü bildirib. Axtarış nətcəsində şübhəli heç nə aşkarlanmayıb.

Xatırladaq ki, bazar günü Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanı və bir neçə xəstəxana da oxşar bomba təhdidləri alıb. Bu ayın əvvəlində paytaxtdakı 100-dən çox məktəbə eyni tipli mesajlar göndərilib.

Paylaş:
Baxılıb: 795 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

İqtisadiyyat

Sosial

Həsrət bitdi...

22 Avqust 09:55  

Elm

Mədəniyyət

Hibrid kitabxana

22 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

22 Avqust 08:48  

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31