Avropada son 10 ildə intihar nəticəsində ölənlərin sayı 13 faiz azalıb
22.09.2024 [10:41]
Avropa Statistika İdarəsi Eurostatın məlumatına görə, 2021-ci ildə Avropa Birliyində intiharlar nəticəsində 47 000 nəfər ölüb.
AZƏRTAC “euronews.com” saytına istinadla xəbər verir ki, Avropa İttifaqında intihar nəticəsində ölənlərin sayında azalma var. 2021-ci ildə 27 ölkədən ibarət blokda intiharlar nəticəsində 47 000 ölüm qeydə alınıb. Məlumatların qeydə alınmağa başladığı 2011-ci illə müqayisədə 13,3 faiz azalma müşahidə olunub. Bu, hər 100 000 nəfərə orta hesabla 10,2 ölümə bərabərdir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisinin Psixi Sağlamlıq üzrə regional müşaviri dr. Ledia Lazeri verdiyi açıqlamada bildirib ki, hətta bir intihar da çoxdur, Avropa Birliyində intihar nisbəti 13 faiz azalıb. Dünyanın qalan hissəsində intihar nisbətinin azalması üçün sadəcə nəticə çıxarmalıyıq. Sloveniya 2021-ci ildə 100.000 nəfərə 19,8 ölümlə Avropa İttifaqının ən yüksək intihar səviyyəsini qeyd edib. İkinci yerdə Litva, üçüncü yerdə isə Macarıstandır. Digər tərəfdən, Kipr hər 100 min nəfərə 2,7 intiharla siyahının sonundadır. Kiprdən sonra Yunanıstan və İtaliya gəlir. Kişilər arasında intihar nisbəti qadınlara nisbətən daha yüksəkdir. İntihar nəticəsində qeydə alınan ölümlərin dörddə üçü kişilərdir”.
Eurostatın məlumatına görə, Avropa İttifaqında intihar nəticəsində ən çox ölən yaş aralığı 45-64 arasındadır və bu qrup 17441 ölümlə ümumi sayının 37 faizini təşkil edir. İntiharın qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir.
Dr. L.Lazeri iddia edir ki, intihar nəticəsində ölüm hallarının azalmasına baxmayaraq, Avropada psixi sağlamlıq problemləri üçün müalicə boşluqları yüksək olaraq qalır. O vurğulayıb ki, intiharın qarşısının alınması səylərinə səhiyyə mütəxəssislərindən başqa maraqlı tərəflər də daxil edilməlidir: “Məsələn, polislə daha güclü əməkdaşlığa ehtiyacımız var, həbsxanalarla da həmçinin. Çünki həbsxana kimi müəssisələrdə çoxlu intiharlar baş verir. Bundan başqa, məktəblərlə mütləqdir ki, yaxşı əməkdaşlıq vacibdir. İş yerləri də buna daxildir”.
2021-ci ildə ÜST, ölkələrdə intiharın qarşısının alınması üçün təcrübə bələdçisi olan “LIVE LIFE” hesabatını nəşr etdi və intiharın qarşısının alınmasında təsirli olduğu sübut edilmiş bir neçə strategiyanı buraya daxil etdi. Birincisi, intihar etmək üçün vasitələrə çıxışı məhdudlaşdırmaq; İkincisi, intiharı məsuliyyətlə işıqlandırmaq üçün media ilə əməkdaşlıq etmək; Üçüncüsü, cəmiyyətə sosial-emosional bacarıqlarla kömək etmək. Hesabatda intihar davranışının erkən diaqnozuna da diqqət çəkilir.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

