Cəmi 50 il ərzində vəhşi heyvanların sayı 73 faiz azalıb
11.10.2024 [14:10]
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) tərtib etdiyi “Living Planet - 2024” hesabatına görə, cəmi 50 il ərzində (1970-2020-ci illər) monitorinq edilən vəhşi təbiət populyasiyalarının təxmini sayı fəlakətli miqyasda - 73 faiz azalıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hesabatda planetimizin müəyyən ərazilərinin bəşəriyyət üçün ciddi təhlükə yaradan təbiət fondunun itirilməsi və iqlim dəyişikliyi səbəbindən təhlükəli uçuruma yaxınlaşdığı bildirilir.
London Zooloji Cəmiyyəti (ZSL) tərəfindən tərtib edilən “Living Planet” indeksi 1970-2020-ci illər arasında 5495 onurğalı heyvan növünün təxminən 35.000 populyasiyasının vəziyyətini izləyir. Ən kəskin azalmalar şirin sularda (85 faiz), sonra quruda (69 faiz) və dənizdə (56 faiz) yaşayan heyvanlarda müşahidə olunub.
Yaşayış yerlərinin itirilməsi və deqradasiyası, ilk növbədə, qlobal qida sisteminin yaratdığı həddən artıq məhsul yığımı bütün dünyada vəhşi təbiət populyasiyaları üçün əsas təhdidlər sırasında yer alır. Bunun ardından invaziv növlər, xəstəliklər və iqlim dəyişikliyi gəlir.
Heyvan hüquqları müdafiəçiləri qeyd edirlər ki, vəhşi təbiət populyasiyalarının əhəmiyyətli dərəcədə azalması ətraf mühitin vəziyyətinə və dayanıqlığına mənfi təsir göstərir, habelə təbiəti fəlakətli uçurum nöqtələrinə - əhəmiyyətli və potensial olaraq geri dönməz dəyişikliklərə səbəb olacaq kritik hədlərə yaxınlaşdırır. Şimali Amerikada şam ağacı meşələrinin qırılması, Amazon tropik meşə massivinin əksər hissəsinin yox olması və mərcan riflərinin kütləvi şəkildə məhv edilməsi kimi regional uçurum nöqtələri qida təhlükəsizliyinə, dolanışıq vasitələrinə və iqtisadiyyata təsir edərək, bilavasitə regiondan çox-çox kənar yerlərdə də ciddi fəsadlar törədə bilər.
Ekspertlərin fikrincə, bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya liderlərinə iqlim çağırışlarının öhdəsindən gəlmək imkanı verəcək. WWF ölkələri qida və enerjinin qlobal istehlakını ədalətli şəkildə azaltmaqla, həm də biomüxtəlifliyin itkisini dayandırmaq və hava emissiyalarını minimuma endirmək üçün iddialı milli təbiət və iqlim planlarını hazırlamağa və həyata keçirməyə çağırır. Fond, həmçinin dövlət və özəl sektor liderlərini təbiəti mühafizə sahəsinə investisiyaları artırmağa, iqlim, ətraf mühit və davamlı inkişafla bağlı siyasətlərini daha yaxşı uyğunlaşdırmağa dəvət edir. Hökumətlər və biznes qurumları biomüxtəlifliyə və iqlimə mənfi təsir göstərən fəaliyyətləri aradan qaldırmaq üçün çevik hərəkət etməli və maliyyə vəsaitini qlobal davamlı inkişaf məqsədləri üzrə fəaliyyətlərə yönəltməlidir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06

