NATO Baş katibi Türkiyəyə gəlir...
24.11.2024 [10:14]
Alyans terrorla mübarizədə səylərini gücləndirməlidir
Noyabrın 25-də NATO-nun Baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək. Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, blokun başçısı Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, habelə xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə danışıqlar aparacaq. “Baş katib Türkiyə müdafiə sənayesi nümayəndələri ilə görüşəcək və Türk Hava Yolları Sənayesinin (TUSAŞ) obyektlərinə baş çəkəcək. O həmçinin Anıtqəbirə, Atatürkün məqbərəsinə əklil qoyacaq”, - deyə mətbuat xidmətindən məlumat verilib.
Mark Rutte NATO-nu daha da gücləndirmək istəyir
Qeyd edək ki, M.Rutte bu ilin oktyabrından NATO-nun Baş katibi vəzifəsini icra etməyə başlayıb. NATO-nun yeni Baş katibi kimi o, alyansı gələcəyin çağırışlarına hazırlayacağını, maliyyələşdirməni artıracağını və innovasiyaları stimullaşdıracağını elan edib. O, birinci prioritetin NATO-nu güclü saxlamaq və bütün təhdidlərə qarşı effektiv müdafiəni təmin etmək olduğunu bildirərək deyib: “Bunun üçün bizə daha çox qüvvə, daha yaxşı imkanlar, daha sürətli innovasiya tempi lazımdır. Bu, daha çox investisiya tələb edəcək”. Baş katibin sözlərinə görə, NATO ölkələri müdafiəyə daha çox pul xərcləməli olacaq, çünki “mövcud çağırışlar və gələcək vəzifələrin” həlli üçün pulsuz alternativ yoxdur.
Türkiyənin gözləntiləri...
Vəzifəni təhvil alarkən Rutte Ukrayna müharibəsini və alyansın müdafiə xərclərinin artırılmasını prioritet hesab etdiyini də deyib. Təsadüfi deyil ki, o, alyansın rəhbəri kimi ilk xarici səfərini Ukraynaya edib. Rutte Baş katib kimi Türkiyəyə də ilk səfərini edəcək. Xatırladaq ki, Rutte hələ bu vəzifəyə namizəd olarkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın onunla telefon danışığı olmuşdu. Ərdoğan Rutteyə Türkiyənin alyansın yeni rəhbərindən gözləntilərini çatdırmışdı. Onun sözlərinə görə, yeni Baş katib terrorizm və digər çağırışlarla mübarizədə üzvlərin təhlükəsizliyi və maraqlarına ən yaxşı şəkildə xidmət etməli, alyansın birliyini gücləndirməli və NATO-nun əsas roluna üstünlük verərək müəyyən edilmiş təcrübələrə riayət etmək üçün inandırıcı öhdəliklər götürməlidir. Türkiyə Prezidenti bildirmişdi ki, Avropa İttifaqının üzvü olmayan müttəfiqlərin maraqları da nəzərə alınmalıdır.
Türkiyə Prezidenti bu mövqeyini iyulda ABŞ-da keçirilmiş NATO-nun sammitində də səsləndirib. Rəsmi Ankaranın mövqeyi bundan ibarətdir ki, NATO terrorla mübarizə istiqamətində səylərini gücləndirməlidir. Ərdoğan ABŞ-da keçirdiyi görüşlərdə bu məsələni xüsusilə diqqətdə saxlayıb. Türkiyənin mövqeyi həm də ondan ibarətdir ki, NATO Rusiya-Ukrayna müharibəsinin tərəfi olmamalıdır.
NATO-nun ikinci ən böyük ordusu...
Nəzərə almaq lazımdır ki, Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir. Qlobal münaqişə potensialı olan bəzi məsələlər, xüsusən Rusiya-Ukrayna müharibəsi NATO-nun təhlükəsizlik problemlərində sadəcə əməkdaşlıq və həmrəylik təşkilatı olmaqdan savayı, həmçinin müəyyən addımlar atmalı olduğunu göstərir. Bu funksiyalardan ən mühümü NATO-nun çəkindirmə və təhlükəsizlik perspektivinə malik olmasıdır. Lakin bundan əlavə, onun həm də sülh missiyası olmalıdır. Rəsmi Ankara hesab edir ki, alyans sülhü bərqərar etmək üçün öz vəzifələrini yenidən nəzərdən keçirməlidir.
O cümlədən, Türkiyə və ABŞ NATO müttəfiqləri olsa da, bir sıra məsələlərdə ciddi fikir ayrılıqları var. Türkiyə-ABŞ münasibətlərində son illərdə Vaşinqtonun Suriyanın şimalında terror qruplaşması YPG/PYD/PKK-ya verdiyi dəstək və Türkiyənin 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması ilə bağlı fikir ayrılıqları səbəbindən problemlər yaranıb. Strateji tərəfdaşlığa və bir çox sahədə sıx əməkdaşlığa baxmayaraq, ABŞ PYD-yə maddi-texniki, kəşfiyyat və siyasi dəstək verməyə davam edir. Bu da rəsmi Ankara tərəfindən ciddi etirazla qarşılanır. Yəqin ki, NATO Baş katibi Ruttenin Türkiyəyə səfəri zamanı bu bu və digər məsələlər xüsusi diqqət mərkəzində olacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27

