BMT: Hazırda 74 ölkədə təqribən 343 milyon insan kəskin ərzaq qıtlığı ilə üzləşib
30.11.2024 [13:21]
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) 2025-ci il üçün fövqəladə müraciətlə çıxış edərək, beynəlxalq donorlardan qlobal ərzaq ehtiyaclarını ödəmək və insanların ehtiyacları ilə mövcud resurslar arasındakı fərqi aradan qaldırmaq üçün 16,9 milyard dollar ayırmağı xahiş edib. AZƏRTAC bu barədə “UN News” saytına istinadla xəbər verir.
Ümumdünya Ərzaq Proqramının cümə günü, noyabrın 29-da açıqladığı “Qlobal İnkişaf Vizyonu – 2025” adlı hesabatı göstərir ki, 74 ölkədə 343 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşib. Bu, ötən illə müqayisədə 10 faiz çoxdur, eyni zamanda, COVID-19 pandemiyası zamanı qeydə alınan rekorddan bir qədər azdır. Bildirilib ki, Ümumdünya Ərzaq Proqramının fəaliyyət göstərməli olduğu mühit getdikcə çətinləşir və ehtiyacı olan insanlara kömək etmək daha baha başa gəlir. Geosiyasi gərginliklər, artan silahlı münaqişələr, ekstremal iqlim hadisələri və iqtisadi sarsıntıların yaratdığı qlobal böhranlar qlobal aclığı rekord səviyyələrə çatdıraraq humanitar yardıma kəskin tələbat yaradıb. 2024-cü ildə maliyyə çatışmazlığı Proqramı ən həssas insanlara münasibətdə öz əməliyyatlarını qismən ixtisar etməyə məcbur edib.
WFP-nin hesabatına görə, bu gün dünyada təxminən 1,9 milyon insan aclıq astanasındadır. Xüsusilə Qəzza və Sudanda, eləcə də Cənubi Sudan, Haiti və Malinin bəzi bölgələrində fəlakətli səviyyədə aclıqla üzləşən insanların sayı görünməmiş həddə çatıb.
Hesabat müəllifləri qeyd edirlər ki, 2025-ci ildə 123 milyon insanı qidalandırmaq üçün WFP-nin ehtiyac duyduğu 16,9 milyard dollar dünyanın cəmi iki həftə ərzində qəhvəyə xərclədiyi vəsaitə bərabərdir. Bundan başqa, 88 milyon insanın iqlim dəyişikliyi səbəbindən kəskin aclığın dağıdıcı təsirləri ilə mübarizə apardığı Asiya-Sakit okean regionunda gələcək sosial müdafiə və fəal fəaliyyət təşəbbüslərini genişləndirmək üçün 2,5 milyard dollara ehtiyac olacaq.
2025-ci ildə BMT-nin Proqramının proqnozlaşdırılan maliyyə ehtiyaclarının təxminən 50 faizi Afrikanın payına düşür. Sudandakı münaqişə qonşu ölkələrə yayılan kütləvi miqrasiyaya səbəb olub. Münaqişə həm də Konqo Demokratik Respublikasında və Sahil regionunda milyonlarla insanı aclığa sövq edir, ekstremal təbii fəlakətlər isə qitənin cənubunda ərzaq qıtlığını pisləşdirir. WFP Afrikadakı fəaliyyətini dəstəkləmək üçün 8,4 milyard dollara ehtiyac var.
Latın Amerikası və Karib hövzəsində də ərzaq təminatı olmayan 40,8 milyon insan var. Eyni zamanda, 14,2 milyon insan yardım almaq üçün əsas hədəf qrupu kimi müəyyən edilib. Bu regionda WFP-nin həssas əhali qruplarını dəstəkləmək və qida sistemlərini, iqlimə davamlılığı və sosial müdafiəni gücləndirmək, habelə bütün bu sahələrdə fəaliyyətləri genişləndirmək üçün 1,1 milyard dollara ehtiyacı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

