/ / Fransa müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə İnsan Hüquqları meydanında aksiya keçiriblər
Fransa müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə İnsan Hüquqları meydanında aksiya keçiriblər
15.12.2024 [08:20]
Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə Trakodero - İnsan Hüquqları meydanında aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, İnsan Hüquqları meydanına toplaşan, keçmişdə və hələ də Fransanın müstəmləkəsi altında olan ölkələrin - Yeni Kaledoniya, Korsika, Madaqaskar, Qəmər adaları, Əlcəzairdən olan insanlar kolonializmə etirazlarını bildiriblər. Onlar əllərində “Ədalətsizliyə qarşı birlikdə olaq”, “Xalqların suverenliyi: sizin subyektlər deyilik”, “Azadlıq uğrunda mübarizə: kolonializmə yer yoxdur”, “Keçmişin yaraları sağalmalıdır: birgə hərəkət edək”, “Bütün xalqlara azadlıq: kolonializm bitdi”, “Gücümüz birlikdədir: burda kolonializmə yer yoxdur”, “Fransa elə kasıbdır ki, malqaşlardan oğurluq edir” kimi şüarlar səsləndiriblər.
Müxtəlif ölkələrin nümayəndələri çıxış edərək, ölkələrinin, xalqlarının fransız müstəmləkəsi altında əzildiyini bildiriblər.
Əlcəzairli nümayəndə Fransa müstəmləkəçiliyi illərində 1,5 milyon əlcəzairlinin qətlə yetirildiyini - Əlcəzair xalqının fransız soyqırımına məruz qaldığını bildirib. O qeyd edib ki, Əlcəzair Fransa müstəmləkəsindən azad olduğu kimi, digər ölkələr də fransız müstəmləkəçiliyindən azad olmalıdır və olacaq. Bunun üçün birlik vacibdir. Korsikadan, Yeni Kaledoniyadan olan nümayəndələr BMT Baş Assambleyasının 1960-cı il dekabrın 14-də qəbul edilmiş 1514 (XV) saylı qətnaməni xatırladıblar. Bildiriblər ki, BMT qətnaməsi müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsini tələb edir. O vaxtdan 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur. Onların da bu günü seçməsi təsadüfi deyil. Fransanın müstəmləkəsi altında olan ölkələr azadlıqlarını tələb edir.
Qeyd edək ki, 1960-cı il dekabrın 14-də BMT Baş Assambleyası müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” qəbul edib. 14 Dekabr dünyada Dekolonizasiya Günü kimi qeyd olunur. Bu bəyannamə müstəmləkəçilik dövrünün, dünya miqyasında müstəmləkəçiliyin sona çatdırılması prosesini sürətləndirmək və xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması baxımından tarixi əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

