Əlcəzair ərazisindəki nüvə tullantılarının aradan qaldırılmasını Fransadan tələb edir
27.01.2025 [23:15]
Əlcəzair ərasizində aparılmış nüvə sınaqlarının tullantılarının tam və birdəfəlik aradan qaldırılmasında məsuliyyəti üzərinə götürməsini Fransadan qətiyyətlə tələb edir.
AZƏRTAC Əlcəzair Xəbər Agentliyinə istinadla bildirir ki, bunu Əlcəzairin Millət Şurasının sədri Saleh Qucil tullantıların idarə olunması, nəzarət və aradan qaldırılması barədə yeni qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib. Qucil ölkəsinin bu mövqeyinin qanun layihəsində açıq şəkildə ifadə olunmasının vacibliyini qeyd edib.
O, həmçinin diqqətə çatdırıb ki, "nüvə partlayışlarının baş verdiyi bölgələrin yaxınlığında yaşayan əlcəzairlilər bu günə qədər onların fəsadlarından əziyyət çəkirlər".
Eyni zamanda, qanun layihəsinin müəllifi Əlcəzairin ətraf mühit və həyat keyfiyyəti naziri Nəcibə Cilali müzakirələr zamanı bildirib ki, yeni sənəd təkcə mövcud çağırışlara qarşı tədbirləri nəzərdə tutmur, həm də tarixi və ekoloji ədalətə aid güclü mesajları ehtiva edir. Nazir bu kontekstdə “Əlcəzair səhrasında zalım müstəmləkəçinin həyata keçirdiyi nüvə partlayışlarının fəlakət törədən tullantıları”nın təsirlərinə də toxunub.
Əlcəzairli nazir vurğulayıb ki, nüvə təcrübələri nəticəsində yaranmış bu ekoloji fəlakətin səbəbkarı öz tarixi, əxlaqi və hüquqi məsuliyyətini tam şəkildə qəbul etməli, radioaktiv tullantıları aradan qaldırmalı, eləcə də Əlcəzairə, Ədrar, Riqqan, İn İkr və başqa regionların sakinlərinə vurduğu böyük zərəri etiraf etməlidir. O qeyd edib ki, Fransanın bu təcrübələri ölkəsinin və xalqının haqqını pozmuş addımlardan biridir.
Nazir vurğulayıb ki, bu tələblərin indiki və gələcək nəsillərin sağlam və davamlı mühitdə yaşayışını möhkəmləndirmək naminə ətraf mühitlə bağlı milli qanunvericilik aktlarına əlavə edilməsi, eləcə də bu məsələ ilə bağlı fəaliyyətin bütün mümkün vasitələrlə davam etdirilməsi Əlcəzair xalqının hüquqlarının bərpasını və ekologiyanın bu dağıdıcı təsirlərdən qorunmasını təmin edəcək.
Əlcəzairin “əl-Şəab” saytı yazır ki, Fransa 1960-1966-cı illər arasında Əlcəzairin Riqqan və Ahaqqar dağlıq ərazisində 17 nüvə sınağı həyata keçirib. “Mavi ərəbdovşanı” adlandırdığı ilk nüvə sınağı 1960-cı il fevralın 13-də baş tutub. Şimali Afrika səhrasında yaşayan çöl heyvanının adına Fransa bayrağının rənglərindən birini əlavə ediblər. 70 kiloton gücündə olan bu partlayış Xirosimaya atılan atom bombasından 3-4 dəfə güclü olub və onun radioaktiv təsirləri gözlənildiyindən uzun müddət qalıb. Belə ki, saytın yazdığına görə, Fransa Atom Enerjisi Komissiyasının 1960-cı il hesabatında qeyd olunur ki, sınaq nəticəsində təqribən 150 km uzunluğunda bir bölgə radioaktiv maddələrlə çirklənib. Hesabatda dövlət sirri kimi uzun müddət saxlanan, lakin 2013-cü ildə ictimaiyyətə açıq elan edilən məlumatlar həmin nüvə sınağının daha geniş real təsirlərini açıqlayıb. Məlum olub ki, Sub-Saharanın bəzi ölkələri, Afrikanın mərkəzində, hətta qərbində yerləşən ölkələr bu sınağın təhlükəli təsirlərindən uzaq qala bilməyiblər. Hətta bildirilir ki, radiasiya buludları İspaniyanın Aralıq dənizi sahillərinə və İtaliyanın Siciliya bölgəsinə qədər gəlib çatıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

