Hannoverdə beynəlxalq sənaye sərgisinin açılışı olub
31.03.2025 [15:41]
Almaniyanın Hannover şəhərində dünyanın ən böyük sənaye sərgisi (Hannover Messe) açılıb.
AZƏRTAC “Handelsblatt” qəzetinə istinadla xəbər verir ki, “Hannover Messe”də 4 mindən çox şirkət öz yeniliklərini təqdim edir. Sərgidə “Google” və “Microsoft” kimi beynəlxalq texnologiya nəhəngləri, eləcə də “Siemens”, “Bosch”, “Schaeffler” kimi alman şirkətləri iştirak edir. Eyni zamanda, 300-dən çox startap sənaye üçün həll yollarını sərgiləyir.
Builki sərginin əsas mövzusu süni intellektdir. Eyni zamanda, sənaye şirkətlərinin nümayəndələri bir neçə mühüm mövzuda, o cümlədən avtomobil sektorunun böhranından və ABŞ bazarından asılılıqdan azad olmaq üçün müzakirələr aparacaqlar.
Sərginin açılış mərasimində çıxış edən Kansler Olaf Şolts və “Siemens” şirkətinin baş icraçı direktoru Roland Buş ABŞ-ın gömrük siyasətinin Almaniya iqtisadiyyatına təsirlərindən söz açıblar. Olaf Şolts Almaniya və Avropa İttifaqının Donald Trampın tarif siyasətinə qarşı cavab imkanlarına malik olduğunu bildirib. O, Avropanın əsas məqsədinin yenə də əməkdaşlıq olduğunu qeyd edib.
“Siemens”in rəhbəri Roland Buş isə dünya iqtisadiyyatının dönüş nöqtəsində olduğunu, geosiyasi dəyişikliklər və müharibələrin, proteksionizm siyasətinin və gömrük tariflərinin tətbiqinin, ticarət maneələrinin, mürəkkəb tədarük zəncirlərinin zəifliyinin, texnoloji inqilabların qlobal iqtisadiyyatın əsaslarını dəyişdirdiyini vurğulayıb. Dünya iqtisadiyyatının mövcud modelinin köhnəldiyini qeyd edən şirkət rəhbəri bildirib ki, bəlkə də heç bir ölkə bundan Almaniya qədər təsirlənmir. O, bir neçə ildən sonra şirkətlər arasında süni intellekt texnologiyasını mənimsəyənlərlə onu görməməzlikdən gələnlər arasında böyük fərq yaranacağını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

