Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Danimarka 9 milyard dollarlıq HHM sistemləri alacaq

Danimarka 9 milyard dollarlıq HHM sistemləri alacaq

13.09.2025 [12:38]

Danimarka 58 milyard krona (9,11 milyard ABŞ dolları) Avropa istehsalı olan hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır. Bu, ölkə tarixində ən böyük silah alışı olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə müdafiə naziri Troels Lund Poulsen təhlükəsizlik sahəsində mürəkkəb vəziyyətə istinad edərək bəyanat verib.

Danimarkanın Baş naziri Mette Frederiksen fevral ayında Avropada mümkün gələcək təcavüzə hazırlıq çərçivəsində hərbçilərə “al, al, al” prinsipi ilə sursat və avadanlıq əldə etmək göstərişi vermişdi.

Danimarka uzaqmənzilli SAMP/T platforması və orta mənzilli sistemlər də daxil olmaqla səkkiz sistem alacaq.

“Şübhəsiz ki, təhlükəsizliklə bağlı vəziyyət risk altındadır”, - deyə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.

“Rusiyanın bir neçə pilotsuz uçuş aparatı ilə Polşanın hava məkanını pozduğunun şahidi olduq. Bu, hər birimiz üçün döyüş qabiliyyətimizi gücləndirməyin vacibliyini xatırladır”, - deyə o əlavə edib.

Paylaş:
Baxılıb: 471 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31