Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Tbilisi yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində bir ev uçub, iki nəfər xəsarət alıb

Tbilisi yaxınlığında baş verən torpaq sürüşməsi nəticəsində bir ev uçub, iki nəfər xəsarət alıb

20.09.2025 [20:18]

Gürcüstanın ərazisində yağan güclü leysan yağışları nəticəsində Tbilisi yaxınlığındakı Keda bələdiyyəsinin Doxodzeebi kəndində torpaq sürüşməsi baş verib.

AZƏRTAC xəbər verir ki, nəticədə bir ev uçub, iki nəfər xəsarət alıb. Yerli sakinlərin sözlərinə görə, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Keda Bələdiyyəsindən verilən məlumata görə, sözügedən ev təhlükəli zonada yerləşirdi. Bələdiyyə tərəfindən dəfələrlə ailəyə ərazini tərk edərək təhlükəsiz yerə köçmələri ilə bağlı yazılı xəbərdarlıq edilib.

Qeyd edilib ki, səkkiz nəfərdən ibarət ailə “Zərər çəkmiş ailələrin kirayə mənzillə təmin edilməsi proqramı”na daxil edilib.

Paylaş:
Baxılıb: 432 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31