“Bild” qəzeti: Urmiya gölünün yoxa çıxması bölgədə ekoloji fəlakətə səbəb olub
25.09.2025 [22:46]
Asiyanın ən böyük duz gölü hesab edilən və yaşı 4 min ildən çox olan Urmiya gölünün tamamilə quruması üçün cəmi qırx il kifayət etdi. İranın şimal-qərbində yerləşən gölün sahəsi bir vaxtlar Boden gölündən on dəfə böyük olub. Onun uzunluğu 140, eni 55 kilometr, maksimal dərinliyi isə 16 metr idi. Bu gölün duzluluq dərəcəsi Ölü dənizdən bir qədər az idi. Son illərdə davam edən su qıtlığı və idarəetmədə yol verilən səhvlər nəticəsində gölün səthi sürətlə kiçilib və göl bu ilin yayında tamamilə yoxa çıxıb. Hazırda bölgədə yalnız kiçik gölməçələr qalıb. Peyk görüntüləri də Urmiya gölünün yerində quru və şoran torpaqların yayıldığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzetində dərc olunan məqalədə bildirilib.
Gölün qurumasının əsas səbəblərinin qanunsuz quyuların çoxluğu, yeraltı suların həddindən artıq istismarı, kənd təsərrüfatında suyun qeyri-səmərəli istifadəsi və ekoloji balansın pozulması olduğu vurğulanıb. Bildirilib ki, təkcə Əlburz vilayətində 8 mindən çox, ölkə üzrə isə 1 milyondan çox qanunsuz quyu fəaliyyət göstərir. Nəticədə hər il 43 milyon kubmetr artıq su sərf olunur.
Məqalədə bildirilib ki, Urmiya gölünün quruması məsələsi 2011-ci ildəki etirazlardan sonra ilk dəfə siyasi gündəmdə yer almağa başlamışdı. Lakin dağıdıcı nəticələrə və vəsaitlərin ayrılmasına dair vədlərə baxmayaraq, demək olar ki, tədbir görülmədi. Yağıntılar nəticəsində qısamüddətli yaxşılaşmalar olsa da, bu, gölün 2024-cü ilə qədər əvvəlki səthinin cəmi 10 faizinə enməsinin qarşısını ala bilmədi. 2023-cü ildə başlanmış suyun gölə yönləndirilməsi layihəsi də yeraltı suların on minlərlə quyu vasitəsilə kütləvi şəkildə çıxarılmasını kompensasiya edə bilmədi. Nəticədə 2025-ci ilin yayında göl tamamilə qurudu.
Qeyd edilib ki, Urmiya gölünün yoxa çıxması bölgədə ekoloji fəlakətə səbəb olub. Minlərlə insan hazırda duz fırtınalarının təsirinə məruz qalır. Bu fırtınalar torpağı şoranlaşdıraraq kənd təsərrüfatını çətinləşdirir və bəzən də tamamilə qeyri-mümkün edir.
Məqalədə İranın uzun illərdir su qıtlığından əziyyət çəkdiyi diqqətə çatdırılıb. Vəziyyətin nə qədər ağır olmasının göstəricisi kimi, Prezident Məsud Pezeşkianın 15 milyondan çox əhalisi olan paytaxtın su qıtlığı ilə əlaqədar köçürülməsinin istisna edilməməsi barədə fikrindən sitat gətirilib.
Xəbər lenti
Hamısına baxSosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22

