Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

31.05.2026 [12:29]

Rəsmi Tehran və Vaşinqton arasında mümkün razılaşmanın bir hissəsi olaraq, Amerika Birləşmiş Ştatları (ABŞ) administrasiyası İrana 60 gün ərzində bloklanmış 12 milyard dollarlıq aktivlərinə çıxış imkanı verməyi öhdəsinə götürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, bu, iki ölkə arasında Pakistanın vasitəçiliyi ilə hazırlanmış və hələlik qeyri-rəsmi sənəd olan 14 bəndlik Anlaşma memorandumunda nəzərdə tutulub.

Sənədin ən vacib bəndlərindən biri isə Hörmüz boğazında tranzit qaydalarının yenidən müəyyən edilməsidir. Belə ki, İran boğazdan keçəcək gəmilərin xüsusiyyətlərini müəyyənləşdirmək üçün müstəsna səlahiyyətə malik olacaq.

Məlumatda, həmçinin vurğulanıb ki, sözügedən sənədi İran hazırda nəzərdən keçirir və buna görə də qeyri-rəsmi olaraq qalır.

Paylaş:
Baxılıb: 374 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Analitik

Ədəbiyyat

Ədəbiyyat

Nənəyə məktub

25 İyul 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 İyul 08:37  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31