Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

11.10.2026 [14:35]

Honkonqda meymunçiçəyi xəstəliyinə yeni yoluxma halları aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli səhiyyə orqanları məlumat yayıb.

Məlumata əsasən, avqust ayından bəri 21 yeni xəstəlik halı qeydə alınıb ki, bu da 2026-cı ildəki ümumi yoluxmanın 70 faizini təşkil edir.

"2022-ci ildən bəri Honkonqda 114 yoluxma faktı aşkarlanıb. Bütün xəstələr kişi cinsinin nümayəndələridir. Bu il ərzində 30 xəstəlik halı qeydə alınıb. Yoluxma hallarının əhəmiyyətli dərəcədə artması səbəbindən çoxşaxəli yanaşma vasitəsilə hədəflənmiş profilaktika və nəzarət tədbirləri həyata keçirilir. Tətbiq edilən peyvəndlərin sayı artmaqdadır”, - deyə məlumatda qeyd olunub.

Tibb mütəxəssisləri xəstəliyin yayılmasının qarşısını almaq üçün insanları diqqətli olmağa çağırıblar.

Paylaş:
Baxılıb: 70 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Ədəbiyyat

Alaqvuran

10 Oktyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

10 Oktyabr 08:35  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31