/ / Pekində keçirilmiş təntənəli tədbir dünyadakı geosiyasi qarşıdurmaların səviyyəsinin göstəricisi kimi
Pekində keçirilmiş təntənəli tədbir dünyadakı geosiyasi qarşıdurmaların səviyyəsinin göstəricisi kimi
15.09.2015 [09:59]
Hələ ötən ilin fevralında Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpin öz sərəncamı ilə ölkədə iki əlamətdar gün təyin etdi. Bunlar bundan sonra hər il sentyabrın 3-də qeyd ediləcək yaponların təcavüzünə qarşı müharibədə Çin xalqının qələbə günü və 13 dekabr - Nankin qətliamının qurbanlarının xatirə günüdür. Bununla bağlı, Yaponiya üzərində qələbənin 70 illiyi münasibətilə Pekində təntənəli tədbirlərin təşkil olunması təsadüfi deyil. Çinin paytaxtında müasir hərbi texnikanın nümayiş olunduğu və bir sıra xarici dövlətlərin hərbi hissələrinin keçdiyi möhtəşəm parad təşkil olundu.
Çin üçün II Dünya müharibəsi xeyli əvvəl - 1931-ci il sentyabrın 18-də başlayıb. Məhz həmin gün Kvantun ordusu Çinə soxulub və Mancuriyanı zəbt edib. Bu, Çin üçün tarixin xüsusi dövrüdür, çünki müharibə illərində ölkədə 35 milyondan artıq insan yaralanıb və həlak olub.
Aralarında, əsasən, Çinin geosiyasi tərəfdaşları olan ölkələrin nümayəndələri də daxil olmaqla 30 dövlətin başçısı Pekinə gəlmişdi.
Tədbirdən əvvəl ÇXR-in Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan etmişdi ki, dəvət məktubu göndərilən 49 ölkədən 30-nun dövlət başçısı tədbirdə iştirak etməyə razılığını bildirib. Tədbir iştirakçıları arasında Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Cənubi Koreya prezidenti Pak Kın Xe (paradoksal olsa da), Pakistan, Myanma, Vyetnam (hazırda Çinlə o qədər də dost hesab olunmayan) kimi ölkələrin prezidentləri var idi. Onlardan başqa tədbirdə Belarus prezidenti Aleksandr Lukaşenko da daxil olmaqla Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzv-dövlətlərinin başçıları, həmçinin Cənub-Şərqi Asiya ölkələrinin rəhbərləri də iştirak edirdilər. Düzdür, siyahıya Bruney, Malayziya, İndoneziya, Filippin və Sinqapurdan rəsmilər daxil deyildi. Bu başadüşüləndir. Geosiyasi ziddiyyət bu ölkələrin Çinlə qarşılıqlı əlaqələrində öz əksini tapmaya bilməzdi. Məsələn, Çinlə Filippin arasındakı əlaqələr Cənub-Çin dənizindəki mübahisəli adalarla bağlı münaqişə ilə əlaqədar hazırda “soyuq müharibə” vəziyyətindədir. Sadalanan Cənub-Şərqi Asiya ölkələri bununla kimin mövqeyinin onlara yaxın olduğunu Pekinə nümayiş etdirmiş olurlar. Koreya Xalq Demokratik Respublikasının (KXDR) başçısına qarşı münasibətdə qəribə hadisələr də baş verdi. Şimali Koreya lideri Kim Çen In özünün xüsusi nümayəndəsi timsalında Pekinə Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin katiblərindən birini göndərib. Bu, təsadüfi deyil. Son dövrlərdə ÇXR və KXDR arasındakı münasibətlərdə bir qədər soyuqluq özünü göstərir. Buna səbəb çinlilərin Cənubi Koreya ilə iqtisadi əməkdaşlıqdan imtina etmək istəməmələridir. Pekin üçün Cənubi Koreya tarixində ilk xanım-prezidentlə olan münasibətlər heç də az əhəmiyyətli amil deyil. Amma başqa cür də istisna edilmir.
Analitiklərin fikrincə, Pekində keçirilən mərasimlərdə iştirakla bağlı Cənubi Koreya prezidenti Pak Kın Xenin qərarına Yaponiyanın baş naziri Sindzo Abenin bir müddət əvvəlki çıxışı ilə bağlı narazılıq da təsir edə bilərdi. Baş nazir çıxışında yapon hərbçilərinin yarımadada və Çində törətdikləri cinayətləri qəbul etsə də, sonda yenə də Yaponiya adından üzr istəmədi. Tokionun mövqeyinə Pekin özü də dərhal reaksiya verdi və Abenin müraciətinin Yaponiyanın keçmiş işğalçı müharibədən çıxardığı nəticəni əks etdirmədiyini bildirdi. Tamamilə aydındır ki, Yaponiya baş nazirinin Pekinə gəlməyəcəyi əvvəlcədən məlum idi. Rəsmi olaraq “gərgin parlament qrafiki”nin bəhanə edilməsinə baxmayaraq, ümumilikdə səbəbin daha ciddi olduğu aydın idi.
Pekindəki tədbirlərdə Hindistanın baş naziri də iştirak etmədi. Bu ölkə tədbirdə təkcə hökumət üzvləri səviyyəsində təmsil olundu. Çinlə Hindistan arasında üç iri hərbi münaqişə ilə nəticələnən sərhəd mübahisəsi hələ də mövcuddur. 1980-ci illərin sonlarından etibarən hər iki ölkə qarşılıqlı münasibətlərdə diplomatik və iqtisadi əlaqələri genişləndirməyə çalışsa da, yenə də soyuqluqlar mövcuddur.
CAR, Venesuela, Misir, Sudan prezidentləri, həmçinin Latın Amerikası ölkələrinin rəhbərləri də Pekinə gəlmişdilər. Tədbirdə Avropa Çexiya prezidenti, Polşa Seyminin sədri, həmçinin Serbiya prezidenti ilə təmsil olunurdu. BMT-nin baş katibi Pan Ki Mun da Pekinə gəlmişdi.
Yeri gəlmişkən, Pekinə gələn Çexiya prezidenti Avropa İttifaqı (Aİ) və NATO-dakı tərəfdaşları arasında onun xüsusi siyasi nüfuzunun olduğunu təsdiq etdi. Bundan başqa, Miloş Zeman orada Putinlə də görüş keçirdi. Bu, bənzər siyasət yürüdən artıq ikinci Çexiya prezidentidir. Başqa bir faktı da qeyd etmək lazımdır. Çexlərin böyük hissəsi - 30-40 faizi - Brüsselin siyasətindən kəskin şəkildə narazıdır. Həmkarları arasında Pekindəki parada təkcə Zemanın getməsi Brüssellə narazılığın işarəsidir. Bu səfər müstəqil və məxsusi çoxistiqamətli siyasi kursu nümayiş etdirir. Hər birinin ayrı-ayrı səbəbləri olsa da, Çexiya Belçika, Yunanıstan və Böyük Britaniya kimi Aİ daxilindəki avroskeptik ölkələr sırasına daxildir.
ABŞ prezidenti Barak Obama, Böyük Britaniyanın baş naziri Devid Kemeron və Fransa prezidenti Fransua Olland müxtəlif bəhanələrlə Çindəki tədbirlərdə iştirakdan imtina etdilər. Buna baxmayaraq, tədbirlərdə bu ölkələr daha aşağı səviyyəli rəsmilərlə təmsil olundular. Həmçinin Kanada və Almaniyanın səfirləri paradın özünə baş çəkdilər.
ABŞ, Böyük Britaniya və Fransa liderləri Obama, Kemeron və Ollandın Çinin Yaponiya ilə müharibədə qazandığı qələbənin 70 illiyi və İkinci Dünya müharibəsinin 70-ci ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün Pekinə gəlməkdən imtina etmələri Qərbin Çinə olan münasibətini və mühüm tarixi hadisələrin dəyərləndirilməsinə subyektiv yanaşmaları aydın şəkildə nümayiş etdirir. Hələ Çinin məhz İkinci Dünya müharibəsinin bitməsindən sonra SSRİ, ABŞ, Böyük Britaniya və Fransa ilə birlikdə BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən birinə çevrilməsi faktını demirik (və 1971-ci ildə BMT-də Tayvanın nümayəndəsi ÇXR-in nümayəndəsi ilə əvəz edildi).
Çindəki tədbirlərin iştirakçılarının belə geniş təsviri Çinin bir çox başqa ölkələrlə qarşılıqlı münasibətlərinin səviyyəsini anlamaq üçün vacibdir. Pekindəki tədbirlərdə iştirak amili bu münasibətlərin və geosiyasi qarşıdurmaların cari səviyyəsinin əyani göstəricisi idi.
Mərasimlərin əsas fiqurlarından biri Rusiya prezidenti Vladimir Putin oldu. ÇXR lideri Si Tszinpinin mayın 9-da Moskvada keçirilən və Çin liderinin ən hörmətli qonaq olduğu parada gəlməsindən sonra Pekin eyni protokol ehtiramını göstərməyə bilməzdi. Çin mətbuatı xüsusi vurğulayır ki, son illərdə Rusiya prezidenti Çində ən məşhur ictimai xadimlərdən biridir. Metro stansiyalarından onun portretləri asılır, bir çox kitab mağazalarında onun barəsində kitablar satılır. “Putin” brendi ilə Çində hətta Pekinin məşhur “Putin Yantszin” markalı pivəsi buraxılır.
Rusiya prezidenti bir neçə görüş keçirsə də, bunlardan ən vacibi 27 sənəddən ibarət sənədlər paketinin imzalanması ilə başa çatan Rusiya-Çin danışıqları idi. Təkcə “Rosneft”in Çinlə həcmi 30 milyard dollardan çox olan sövdələşmə imzaladığını demək kifayətdir.
Pekinə səfərindən əvvəl Vladimir Putin Çinin “Sinxua” agentliyinə geniş müsahibə vermiş və qeyd etmişdi ki, 2010-cu ildən bəri ÇXR Rusiyanın əsas ticarət tərəfdaşı mövqeyini möhkəm qoruyub saxlayır.
Pekində imzalanmış müqavilə göstərir ki, neftin qiymətinə, Çinin inkişafının zəifləməsinə və geosiyasi landşaftın dəyişməsinə baxmayaraq, Rusiya ilə Çin arasındakı enerji sahəsində əlaqələr sürətlənməyə davam edir.
Newtimes.az
Xəbər lenti
Hamısına baxDünya
11 Oktyabr 23:18
Hadisə
11 Oktyabr 22:22
Dünya
11 Oktyabr 21:35
Dünya
11 Oktyabr 19:41
Siyasət
11 Oktyabr 18:22
YAP xəbərləri
11 Oktyabr 17:05
Sosial
11 Oktyabr 16:27
Elm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
YAP xəbərləri
10 Oktyabr 17:32
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22

