Serj Sarkisyanın başı üzərindəki “qara buludlar” sıxlaşır
27.07.2016 [09:50]
Ermənistanda hər ötən gün Sarkisyan rejiminin sonunu daha da yaxınlaşdırır
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçurumun kəndarına sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, ölkənin xarici borclarının 5 milyard ABŞ dollarını aşması Ermənistan hakimiyyətini çətin duruma salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Hələ ilin əvvəlində müstəqil iqtisadçılar həyəcan təbili çalaraq, Ermənistan hakimiyyətini ölkəni yuvarlatdıqları bu acınacaqlı vəziyyətdən xilas etməyə çağırsalar da, bir nəticəsi olmadı, kriminal rejim aşağıdan gələn bütün təşəbbüsləri yenə də qulaq ardına vurdu. Bundan əlavə, aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət - cəmi 4 gün davam edən hərbi əməliyyatlarda 2 min hektardan artıq ərazilərimizin düşməndən təmizlənməsi - Serj Sarkisyanın “möhtəşəm” ordu quruculuğu ilə bağlı söylədiklərinin sabun köpüyündən başqa bir şey olmadığını ortaya qoydu. Sarkisyanın yalan vədlərindən cana doymuş ermənilərin bir gün alternativ yola əl atacağı gözlənilən idi. Və iyulun 17-də Yerevanda polis məntəqəsinə silahlı basqının kökündə də elə bu amil dururdu.
Doğrudur, Serj Sarkisyan rejimi və onun himayəsində olan KİV-lər Ermənistanda son həftə ərzində baş verənləri başqa məcraya yozmağa çalışsalar da, faktlar bunun tam əksini deyir. Çünki etirazçıların ilk tələblərindən biri məhz Serj Sarkisyanın istefası ilə bağlı idi. Belə ki, ötən on il ərzində Serj Sarkisyanın ölkədə yürütdüyü siyasət sadə erməni vətəndaşlarının rifahını yaxşılaşdırmaq əvəzinə, onu daha da çətin duruma salıb. Hələ bu azmış kimi, ötən ilin sonunda saxta referendum keçirib, ölkənin konstitusiya quruluşunu dəyişməklə Serj Sarkisyan öz hakimiyyətinin ömrünü daha bir neçə il uzatmağa müvəffəq olub. Təbii ki, belə olan halda, canı boğazına yığılmış erməni xalqının bir gün silaha sarılıb, Sarkisyan rejiminə qarşı üsyan edəcəyi gözlənilən idi.
Əslində, elə Serj Sarkisyanın özü də başının üstündə toplaşan “qara buludlar”dan xəbərsiz deyildi. Onun regionda yürütdüyü işğalçılıq siyasəti nəticəsində ən yaxın qonşuları olan dövlətlərlə sərhədlərinin bağlanması Sarkisyan rejiminə beynəlxalq aləmdə heç də başucalığı gətirməmişdi. BMT, Avropa Şurası, eləcə də bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş rayonlarından qeyd-şərtsiz çıxarılmasına dair qətnamələr qəbul ediblər. Bütün bunları azacıq siyasi analiz qabiliyyəti olan hər bir erməni çox gözəl başa düşür. Odur ki, ölkədə Serj Sarkisyan rejiminə nifrət hissi hər ötən gün daha da artır. Bunu - ermənilərin hakimiyyətdən narazı qalmasını - iyulun 22-də Serj Sarkisyan xüsusi xidmət orqanları rəhbərləri ilə keçirdiyi görüşdə özü də etiraf edib. “Lragir.am” saytının yazdığına görə, sözügedən toplantıda Sarkisyan deyib: “Bəli, bilirəm ki, Ermənistanda hakimiyyətdən narazılar çoxdur. Amma qoy heç kim fikirləşməsin ki, bu narazılıqdan dövlətin dayaqlarının laxladılması üçün istifadə etmək olar”.
Saytın yazdığına görə, etirazçıların artıq 9 gündən bəri polis məntəqəsini ələ keçirməsi, aralarında yüksəkrütbəli polis işçiləri də olmaqla, adamları girov saxlaması Serj Sarkisyanın ölkədə olan-qalan nüfuzunu da aşağı salıb. İndi erməniləri düşündürən əsas məsələ odur ki, adi silahlara malik bir qrup etirazçının öhdəsindən gələ bilməyən Serj Sarkisyan, aprel ayında oduğu kimi, əgər cəbhədə döyüş əməliyyatları yenidən başlayarsa, ən müasir silahlarla təchiz olunmuş Azərbaycan əsgərinin qarşısında necə duruş gətirəcək?!
Saytın yazdığına görə, yerli analitiklər belə hesab edirlər ki, indi Serj Sarkisyan dilemma qarşısındadır. Çünki onun üsyançılara qarşı atacağı addımlar beynəlxalq ictimaiyyət tərəfindən birmənalı qarşılanmaya bilər. Belə ki, ABŞ Dövlət Departamenti iyulun 20-də yaydığı bəyanatında Ermənistanda baş verənlərə fərqli münasibət bildirib. Dövlət Departamentinin sözçüsü Mark Toner keçirdiyi mətbuat konfransında ABŞ-ın Ermənistanda baş verən siyasi proseslərdə güc tətbiq edilməsinin əleyhinə olduğunu bəyan etməklə yanaşı, hakimiyyəti yaranmış vəziyyəti həll edərkən dözümlü olmağa çağırdığını vurğulayıb. “Rəsmi Vaşinqton belə hesab edir ki, siyasi məsələlərin həllində güc tətbiq edilməsi - bu, çox pis bir fikirdir. Ölkədəki dəyişikliklər demokratiya yolu ilə olmalıdır”, - deyə Ağ Evin sözçüsü bildirib.
Digər yandan isə, bir qrup silahlı tərəfindən polis məntəqəsinin zəbt olunması, insanların girov götürülməsi, ölkə rəhbərliyinə qarşı siyasi tələblərin irəli sürülməsi Serj Sarkisyan rejiminin kiçik bir insident qarşısında necə aciz qaldığını nümayiş etdirməklə bərabər, ölkə rəhbərliyinin yarıtmaz fəaliyyətini öz çılpaqlığı ilə sübut etdi. Odur ki, yerli analitiklər bu yayın Serj Sarkisyan rejimi üçün çox “isti” keçəcəyini proqnozlaşdırmaqla yanaşı, onun kriminal rejimi üçün həm də sonun başlanğıcı olacağını heç də istisna etmirlər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

