Ermənistanda daxili gərginlik yeni fazaya qədəm qoyur
11.10.2016 [10:03]
Xaricdən sədəqə dilənməyə adət etmiş Serj Sarkisyan yenə okeanın o tayına üz tutdu
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə daha da pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması işğalçı ölkədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Digər tərəfdən isə, ölkənin xarici borclarının artıq 5 milyard ABŞ dollarını ötməsi S.Sarkisyan hakimiyyətini çətin duruma salıb. Bundan əlavə, aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi şücaət - cəmi 4 gün davam edən hərbi əməliyyatlarda 2 min hektardan artıq ərazilərimizin düşməndən təmizlənməsi Serj Sarkisyanın “möhtəşəm” ordu quruculuğunun sabun köpüyündən başqa bir şey olmadığını ortaya qoydu. Ölkədə hakimiyyətə olan inamın itməsi sadə ermənilərdə sabaha olan inamı da minimuma endirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün ümidlərini xaricdən Ermənistana edilən yardımlara bağlayıb. Elə Serj Sarkisyanın oktyabrın 10-da okeanın o tayına səfər etməsinin kökündə də məhz bu amil dayanır.
“News.am” saytının yazdığına görə, Serj Sarkisyanın Nyu-Yorka işgüzar səfərində əsas məqsəd “Ermənistan” investisiya forumunda iştirak etməkdir. Prezidentin mətbuat xidmətinə istinad edən sayt yazır ki, foruma beynəlxalq maliyyə institutlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən ABŞ şirkətləri, ekspertlər, eləcə də yüzədək beynəlxalq sərmayədar dəvət olunub. Səfər çərçivəsində həmçinin Serj Sarkisyanın investorlarla təkbətək görüşü də planlaşdırılıb.
Amma yerli analitiklər Serj Sarkisyanın səfərinə başqa prizmadan baxırlar və səfərdə əsas məqsədin heç də mətbuat xidmətinin iştahla təsvir etdiyi formada olmadığını iddia edirlər. “Lragir.am” saytının yazdığına görə, son iki ildə Serj Sarkisyanın başı öz hakimiyyətinin ömrünü uzatmaq məsələlərinə qarışması səbəbindən ölkə iqtisadiyyatı sürətlə tənəzzülə doğru istiqamət götürüb. Nəticə isə göz qabağındadır. Bir-birinin ardından sürətlə bağlanan istehsal müəssisələri, gündən-günə artıb daha da çoxalan işsizlər ordusu, bir qarın çörəyə möhtac qalan məsum insanlar - bugünkü Ermənistanın iqtisadi mənzərəsi məhz bundan ibarətdir. Bütün bunlar hakimiyyəti qətiyyən narahat etmir. Onlar yalnız öz gələcək hakimiyyətlərini düşünür və ölkədəki kriminal rejimin ömrünü uzatmağa çalışırlar. Elə ötən ilin dekabrında saxta referendumla ölkənin konstitusiya quruluşunun dəyişdirilməsində əsas məqsəd də elə bu idi. Referendumla artıq Ermənistan prezident üsul-idarəli respublikadan parlament respublikasına keçmiş oldu. Konstitusiyaya edilən dəyişikliklərə görə, prezidentin əsas səlahiyyətləri baş nazirə verildi. Bundan sonra müharibə şəraitində ölkənin ali baş komandanı da baş nazir olacaq. Hökumət başçısı parlament tərəfindən seçiləcək. Yerli analitiklərin fikrincə, 2017-ci ildə keçiriləcək parlament seçkilərini saxtalaşdırmaqla hazırkı iqtidarda olan Respublika partiyası Serj Sarkisyanı ölkənin baş naziri etməyə hazırlaşır. Yeri gəlmişkən qeyd edək ki, S.Sarkisyanın prezidentlik müddəti hələ 2018-ci ildə başa çatacaq. Odur ki, 2017-2018-ci illər ölkədə keçid dövrü elan olunacaq, keçid hökuməti qurulacaq. Ekspertlər belə hesab edirlər ki, bundan sonrakı mərhələdə isə Serj Sarkisyanın hakimiyyətdə yenidən zühur etməsi üçün heç bir əngəl qalmayacaq. Və parlament səsverməsi ilə S.Sarkisyan yenidən ölkənin birinci şəxsi - baş nazir postuna gətiriləcək.
Saytın yazdığına görə, prosesin birinci mərhələsinə start verilib. Belə ki, Serj Sarkisyan hökuməti artıq istefaya göndərib və oktyabrın 6-da yeni kabineti formalaşdırıb.
Yerli analitiklər isə belə hesab edirlər ki, parlament seçkilərinə təqribən bir il qalmış Serj Sarkisyanın belə çabalamaları, dərin narahatlıq keçirmələri heç də əbəs yerə deyil.
Əgər ölkənin konstitusiya quruluşunu dəyişmək Serj Sarkisyan üçün belə asan oldusa da, bu, hələ hər şeyin bitməsi demək deyil, əksinə, hakimiyyət uğrunda mübarizə ölkədə hələ bundan sonra daha da qızışacaq. Xəyanət etdiyi sələfləri - Levon Ter-Petrosyan və Robert Köçəryan, eləcə də onları dəstəkləyən qüvvələr bir yana, müxalifətdən olan partiyaların hakimiyyət arzusu ölkədə qüvvələr balansını dəyişə bilər. Bu isə Serj Sarkisyan üçün heç də xoş olmayan nəticələrə yol aça bilər.
Digər tərəfdən, maraqlıdır, bəs görəsən əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda sadə vətəndaşlar daha neçə müddət Serj Sarkisyan, eləcə də onun kriminal rejiminə belə boyun əyəcəklər? Bəs ölkə müxalifəti necə - Serj Sarkisyanın ötən on il boyunca öz xalqına tutduğu divanı ona belə asanlıqla bağışlayacaqlarmı? Bunu zaman göstərəcək...
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35

