Kimyaçılar yenidən Ermənistan hakimiyyətini “silkələdilər”
04.11.2016 [09:59]
İki ildən artıq müddətdir əmək haqlarını ala bilməyən “Nairit” zavodunun işçiləri yenidən fasiləsiz mitinqlərə başlayacaqlarını bildirirlər
Serj Sarkisyan hakimiyyətinin ölkədə yürütdüyü səbatsız daxili və xarici siyasət Ermənistan dövlətini uçuruma sürükləməkdədir. İqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan yüksəlməsi gündən-günə ölkə vətəndaşlarının güzəranının daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, ölkənin xarici borclarının 6 milyard ABŞ dollarına çatması Ermənistan hakimiyyətini çətin duruma salıb. İndi nəinki özəl sektorda, hətta dövlət müəssisələrində çalışanlar belə maaşlarını vaxtlı-vaxtında ala bilmirlər. Korrupsiya və rüşvətxorluq hallarının baş alıb getməsi, məmur özbaşınalığı, eləcə də səriştəsiz insanların hakimiyyətdə təmsil olunması, onların vətəndaşlarla kobud rəftarı, dövlət orqanlarına edilən şikayətlərin qulaqardına vurulması Ermənistan cəmiyyətini sıxılmış yay həddinə gətirib. Hazırda ölkədə elə bir vəziyyət yaranıb ki, kiçik sayda bir qüvvənin hakimiyyətə qarşı etiraza başlaması həmin sıxılmış yayı hərəkətə gətirə bilər. Deyəsən, birillik fasilədən sonra kimyaçılar yenidən yayın inersiya qüvvəsinə çevriləcəklər.
İqtisadiyyatı çökmüş, əhalisinin böyük əksəriyyəti aclıq və səfalət içində yaşayan Ermənistanda vəziyyət gündən-günə pisləşir. Hakimiyyəti zəbt etmiş Serj Sarkisyanın ölkədə kriminal üsul-idarə tətbiq etməsi, korrupsiya və rüşvətxorluğun baş alıb getməsi, gizli iqtisadiyyatın xüsusi çəkisinin ilbəil artması və bunun nəticəsi olaraq dövlət büdcəsinin doldurulmaması özünü sadə ermənilərin güzəranında büruzə verməkdədir. İstehsal müəssisələrinin ard-arda fəaliyyətini dayandırması ökədə işsizlik ordusunun sürətlə artmasını şərtləndirib. Hakimiyyət vəziyyətin sosial partlayış həddinə çatmaması üçün ümidlərini xaricdən Ermənistana edilən yardımlara dikirdi ki, cari ildə bu da bir nəticə vermədi. Bu günlərdə parlamentdə keçirilən 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirələri zamanı belə bəlli olub ki, hakimiyyət gələn ildə də ermənilərə xoş günlər vəd etmir. 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 2,6 milyard ABŞ dolları, xərcləri isə 2,9 milyard təşkil edəcək. Bu isə o deməkdir ki, gələn il də büdcə kəsirlə yerinə yetiriləcək. Başqa sözlə, Serj Sarkisyanın rəhbərlik etdiyi kriminal rejim ölkəni daha bir il müddətində xaricdən alacağı sədəqələr və qrantların hesabına birtəhər dolandırmağa çalışacaq. Hakimiyyətin belə yarıtmaz fəaliyyəti xalq tərəfindən etirazla qarşılanmaqdadır. Belə ki, noyabrın 3-də kimyaçılar birillik fasilədən sonra yenidən ayağa qalxıblar. “Tert.am” saytının yazdığına görə, iki ildən artıq müddətdir əmək haqlarını ala bilməyən “Nairit” kimya zavodunun işçiləri Yerevanın mərkəzi küçələrindən olan Baqratunyan küçəsini bağlayıblar. Etirazçılar hakimiyyətdən nəinki əmək haqlarını, əlavə olaraq maaşların gecikdirilməsinə görə cərimə faizlərinin ödənilməsini tələb ediblər. Əks təqdirdə, hakimiyyəti ötən il olduğu kimi yenidən fasiləsiz etiraz mitinqləri təşkil edəcəkləri ilə hədələyiblər.
Xatırladaq ki, hələ sovet dövründə Ermənistanın məşhur istehsal müəssisələrindən olan bu zavod indi “qara günlər”ini yaşayır. Beş il əvvələdək zavodda 2437 nəfər işçi qeydiyyatda olub. Lakin zavodun qeyri-rentabelli işləməsi səbəbindən 1667 işçi öz hesabına uzunmüddətli məzuniyyətə göndərilib. Qalan 770 nəfər isə iki ildən artıqdır ki, əmək haqlarını ala bilmirlər. Zavodun direktoru Ruben Saqatelyan hələ ötən il yerli KİV-ə müsahibəsində müəssisənin öz gücünü tam bərpa etməsi üçün kifayət qədər resursların olduğunu bildirmişdi. O, vəziyyətdən çıxış yolu kimi zavodun bazasında çoxlu kiçik müəssisələrin yaradılmasını təklif etsə də, işçilər bununla razılaşmamış və etiraz mitinqlərinə başlamışdılar. Kimyaçıların etiraz aksiyaları parlament binası və prezident iqamətgahı qarşısında keçirilmişdi. Ötən ilin fevralında etirazçılarla görüşündə Ermənistanın energetika və mineral ehtiyatlar naziri Ervand Zaxaryan bir ay ərzində bütün əməkhaqqı borclarının ödəniləcəyini vəd etsə də, yekunda bir nəticə hasil olmayıb. Belə ki, burada söhbət təqribən 15 milyon dollaradək vəsaitin ödənilməsindən gedirdi. Və Ermənistanın ovaxtkı dövlət büdcəsi bu həcmdə bir vəsaitin birdəfəlik olaraq kimyaçılara ödənilməsini mümkünsüz edirdi. Əslində elə 2017-ci ilin dövlət büdcəsi də kimyaçılara belə bir ümid vermir. Odur ki, “Nairit” zavodunun işçiləri indidən hakimiyyəti “silkələmək” qərarına gəliblər.
Göründüyü kimi, hakimiyyəti zəbt etmiş, işğalçılıq siyasətini davam etdirən Serj Sarkisyan özünün yarıtmaz fəaliyyəti ilə xalq ilə hakimiyyət arasındakı uçurumu gündən-günə daha da dərinləşdirməkdədir. Odur ki, yerli analitiklər belə hesab edirlər ki, aclıq və səfalətdən, korrupsiyalaşmış hakimiyyətin əsarətində yaşamaqdan cana doyan ermənilərin Serj Sarkisyan rejiminə qarşı üsyana qalxacağı gün çox da uzaqda deyil. Elə kimyaçıların qarşıdakı etiraz aksiyaları bu üsyanın başlaması üçün bir qığılcım rolunu oynaya bilər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

