ABŞ-da prezident seçkiləri öncəsi təbliğat kampaniyası nə ilə yadda qaldı?
04.11.2016 [09:59]
Yaxud Birləşmiş Ştatlar dünyaya “demokratik dəyərlər” aşılamağa çalışsa da, onun öz daxilində müşahidə edilən
antidemokratik proseslər, həmçinin siyasi mədəniyyət səviyyəsi reallıqların nədən ibarət olduğunu göstərir
Artıq bir neçə gün sonra ABŞ-da 58-ci prezident seçkiləri keçiriləcək. Növbəti prezident seçkiləri öncəsi təbliğat kampaniyası isə bir çox qeyri-adi və təəccüblü hadisələrlə yadda qaldı. Kampaniya çərçivəsində baş verənlər bu ölkə mediasında və beynəlxalq mətbuatda ciddi müzakirə predmetinə çevrildi. Təbii ki, bunu şərtləndirən başlıca amillər teledebatlar zamanı səsləndirilən fikirlər, siyasi mübarizənin metod və formaları, mövcud qanunvericilik çərçivəsində müşahidə edilən hüquqi boşluqlar oldu. Bütövlükdə isə, baş verənlər ABŞ-da prezident seçkilərinin demokratik dəyər və ənənələrlə ciddi şəkildə uzlaşmadığını göstərdi. Əsas etibarilə, ortaya çıxan mənzərə iki başlıca reallığı aşkar etdi. Birincisi, öz sərhədlərindən kənarda demokratiya tələb və diktə edən ABŞ-da siyasi sistemin çoxsaylı qüsurları mövcuddur, xüsusilə də seçki sistemi qeyri-təkmil və antidemokratikdir. İkincisi isə, prezidentliyə namizədlər arasında siyasi mübarizənin metod və formaları bu ölkədə siyasi mədəniyyət səviyyəsinin olduqca aşağı olduğunu göstərir.
Seçkilərin saxtalaşdırılacağına dair həyəcan təbili çalınır
Son bir neçə gündə isə bir çox mətbuat orqanlarında ABŞ-da prezident seçkilərinin saxtalaşdırılacağına dair həyəcan təbili çalınır. Yeri gəlmişkən, artıq bu iddialar erkən səsvermə zamanı baş verənlərin fonunda öz təsdiqini tapmamaqdadır. Belə ki, “Fox News” telekanalının xəbərinə görə, ABŞ-ın Virciniya və Florida ştatlarında polis erkən prezident seçkiləri proseduru zamanı saxtakarlığa yol verilməsi ittihamı ilə 3 nəfəri həbs edib. Seçki məntəqəsinin 74 yaşlı əməkdaşı Qlaqos Kogqo bilərəkdən düzgün olmayan seçki sənədlərini qeydiyyata almaqda günahlandırılır. Saxlanılanlardan Tomiqa Korqel isə erkən seçkilər zamanı ölən 5 şəxsin səsini qeydiyyata almaqda ittiham edilir. Virciniyada isə afroamerikalı Vafalay Massaki mövcud olmayan seçiciləri qeydiyyatdan keçirməkdə günahlandırılır. Onu 40 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bununla yanaşı, bir çox ekspertlər səsvermənin yekun nəticələri ilə də manipulyasiya ediləcəyi - kütləvi saxtakarlıqların qeydə alınacağını istisna etmirlər. Əlbəttə, bu cür halların müşahidə edilməsi təəccüblü deyil. Çünki inkaredilməz reallıqdır ki, ABŞ qanunvericiliyi seçkilərdə xalqın iradəsi və suverenliyini məhdudlaşdırır, bu ölkənin siyasi sistemi plüralizmi istisna edir, seçkilər zamanı ciddi qanun pozuntuları və çatışmazlıqların müşahidə olunması ənənə halını alıb, seçki prosesini tənzimləyən müstəqil mərkəzi orqanın olmaması xaos mühitini şərtləndirir və rəqabət mühiti yoxdur, eləcə də seçkiləri müşahidə etmək istəyən beynəlxalq təşkilatların nümayəndələri təhdid edilir və ya ciddi təzyiqlərə məruz qalırlar. Belə olan halda, seçkilərin saxtalaşdırılacağına dair həyəcan təbilinin çalınması qanunauyğun hal kimi çıxış edir.
Namizədlərin qeyri-sağlam debatı davam edir: qarşılıqlı ittihamlar səngimir
Digər tərəfdən, ABŞ mediası və ictimaiyyətində müzakirə edilən məsələlərdən biri də prezident seçilmək uğrunda mübarizə aparan tərəflərin qeyri-sağlam debat və polemikasıdır. Tərəflərdən biri digərini İŞİD-in yaradıcılarının cəbhəsində yer alan şəxs kimi səciyyələndirir, digəri isə qarşı tərəfi “Rusiya casusu” olmaqda ittiham edir. Bununla yanaşı, namizədlər bir-birilərinə qarşı digər çoxsaylı ittihamlar səsləndirir, hətta efir vasitəsilə təhqiramiz fikirlər ifadə olunur.
Bütövlükdə, Demokratlar Partiyasından namizəd Hillari Klintonla Respublikaçılar Partiyasının namizədi Donald Tramp arasında baş tutan teledebatlar zamanı səsləndirilən qeyri-etik fikirlər, həmçinin qarşılıqlı ittihamlar namizədlər arasında siyasi mübarizənin hansı metodlarla aparıldığını aşkar edir. Bir çox suveren milli dövlətlərə “seçki demokratiyası” məfhumunu əldə bayraq edərək təzyiq göstərən, dünyaya “demokratiya dərsləri” verməyə çalışan Birləşmiş Ştatlarda prezident seçkiləri fonunda ortaya çıxan mənzərə bu ölkədə siyasi mədəniyyət səviyyəsinin göstəricisi kimi çıxış edir.
Antidemokratın “demokratiya” oyununun mahiyyəti ifşa olunur
Bütövlükdə, postbipolyar beynəlxalq münasibətlər sistemində hegemon güc mərkəzi kimi ABŞ dünya ictimaiyyətinə “demokratik dəyərlər” aşılamağa çalışsa da, bu ölkənin öz daxilində müşahidə edilən antidemokratik proseslər, həmçinin siyasi mədəniyyət səviyyəsi reallıqların nədən ibarət olduğunu göstərir. Bütün hallarda Birləşmiş Ştatlarda prezident seçkiləri ərəfəsində ortaya çıxan mənzərə beynəlxalq miqyasda təəccüblə qarşılansa da, bu hegemon güc mərkəzinin siyasi sistemi öz ənənələrini növbəti dəfə bütün dünyaya təzahür etdirir. ABŞ-ın “demokratiya mifi” bütün dünyanın nəzəri qarşısında öz gerçək mahiyyətini nümayiş etdirir. Bir sözlə, antidemokratın “demokratiya” oyununun mahiyyəti ifşa olunur.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

