Ermənistan yeni ilə köhnə problemlərlə qədəm qoyub
10.01.2017 [10:09]
Ekspertlərin qənaətinə görə, iqtisadiyyatda tənəzzül meyilləri, ölkənin boşalması, korrupsiyanın daha da çiçəklənməsi və digər belə neqativ məsələlər 2017-ci ildə də Serj Sarkisyan hakimiyyətinin başağrısına çevriləcək
Ermənistan 20 ildən artıqdır ki, davam etdirdiyi işğalçılıq siyasətinin girovuna çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Ötən hər ildə bütün regional layihələrdən kənarda qalan forpost ölkədə onsuz da çətin olan vəziyyət daha da ağırlaşır, bütün sahələrdə böhran bir qədər də dərinləşir. Bu baxımdan artıq tarixə dönən 2016-cı il Ermənistan üçün xüsusilə yaddaqalan olub. Forpost ölkə 2017-ci ilə ötən ildə həllini tapmayan çoxlu sayda problemlərlə daxil olub. Ekspertlərin qənaətinə görə, iqtisadiyyatda tənəzzül meyilləri, ölkənin boşalması, korrupsiyanın daha da çiçəklənməsi və digər belə neqativ məsələlər 2017-ci ildə də Serj Sarkisyan hakimiyyətinin başağrısına çevriləcək.
Geriləmə - Ermənistanda 2016-cı ilin əsas iqtisadi göstəricisidir
Ermənistan iqtisadiyyatının mövcud durumunu təhlil edən ekspertlər bu qənaətdədirlər ki, bütün istiqamətlərdə geriləmə 2016-cı ildə forpost ölkənin iqtisadiyyatının əsas göstəricisinə çevrilib. İşğalçı ölkənin milli statistika xidmətinin rəsmi məlumatları ekspertlərin qənaətini təsdiqləyir. 2016-cı ildə iqtisadi aktivliyin 0,6 faizdən də aşağı olması ölkə iqtisadiyyatındakı acınacaqlı vəziyyət barədə konkret təsəvvür yaradır. Milli statistika xidmətinin yaydığı məlumatda diqqəti çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, iqtisadi aktivliyin azalma tempi ötən ilin sonlarına doğru daha intensiv hal alıb. Belə ki, oktyabr ayı ilə müqayisədə noyabrda və dekabrda iqtisadi aktivlik təxminən 5 faiz aşağı düşüb. Ayrı-ayrı istiqamətlərdə isə vəziyyət daha acınacaqlıdır. Belə ki, il ərzində kənd təsərrüfatı məhsulları istehsalı 6,1, elektrik enerjisi istehsalı 6,4 faiz aşağı düşüb, həmçinin tikintinin həcmi 10,9 faiz azalıb. Ekspertlər məyusluq hissi ilə vurğulayırlar ki, 2016-cı ilin əvvəlində ölkə iqtisadiyyatı üzrə 2,2 faizlik artım proqnozlaşdırılsa da, bu, xam xəyal olaraq qalıb və iqtisadiyyatda, əslində, heç bir artım baş verməyib.
Ermənistan iqtisadiyyatı ilə bağlı ölkə ictimaiyyətində pessimist ovqat yaradan həm də o amildir ki, burada iri istehsalatların, demək olar ki, əksəriyyətinin səhmləri xarici dövlətlərin şirkətlərinə məxsusdur. Bununla belə, yerli müəssisələrin məcburiyyət üzündən ucuz qiymətə əcnəbi şirkətlərə satılması bu kasıb ölkənin maliyyə imkanlarını artırmağa yetərli olmayıb. Əksinə, ötən hər gün paytaxt İrəvana və bölgələrə yoxsulluğun yeni nişanələrini gətirir. İstehlak mallarının durmadan bahalaşmasından əziyyət çəkən sıravi vətəndaşlar artıq belə yaşamağın mümkün olmadığı qənaətinə gələrək çıxış yolunu ölkədən getməkdə görürlər. İmkanı çatan hər kəs özünün və ailəsinin xoşbəxtliyini mümkün qədər tez Ermənistanın sərhədlərini tərk etməkdə görür.
Seçkilər 2017-ci ildə Ermənistanda böhran meyillərini daha da gücləndirəcək
Məlumdur ki, 2017-ci ilin birinci yarısında forpost ölkədə parlament seçkilərinin keçirilməsi gözlənilir. Bəri başdan qeyd edək ki, Ermənistan cəmiyyətində seçkilərin demokratik şəraitdə keçiriləcəyinə inam çox aşağı səviyyədədir. Seçicilərin böyük əksəriyyəti bu qənaətdədir ki, seçki günü vaxt itirib məntəqələrə getməyin heç bir əhəmiyyəti yoxdur, onsuz da parlamentdə hakimiyyətin “yaşıl işıq” yandırdığı deputatlar əyləşəcəklər. “Allahdan diləyim budur ki, qarşıdan gələn seçkilər ölkəmizin tarixində ən acınacaqlı seçkilərə çevrilməsin”. Bu sözləri NEWS. am-ın müxbirinə müsahibəsində “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri Naira Zoqrabyan deyib. O, parlament seçkilərinə inamsızlığının əbəs olmadığını belə əsaslandırıb: “Mənə çox təhlükəli siqnallar gəlir ki, biz seçkilərdə ideyalar uğrunda rəqabətin deyil, kompromatların, qurşaqdan aşağı mübarizənin şahidi olacağıq. Buna görə də “Çiçəklənən Ermənistan”ın təbliğat kampaniyasında bütün siyasi qüvvələrə çağırış edəcəyik ki, ölkənin bundan da betər korlanmasına imkan verməsinlər”.
Naira Zoqrabyan yerli KİV-ə açıqlamasında iqtisadiyyatın mövcud durumundan da narahatçılığını ifadə edib. Hazırda Ermənistan iqtisadiyyatında hansısa bir təsəlliverici irəliləyişin müşahidə edilmədiyini dilə gətirən N.Zoqrabyan cəmiyyətdə nikbinlik ruhunun tamam məhv edilməsini ən ağrılı cəhət kimi səciyyələndirib.
Ümumiyyətlə, ekspertlər 2017-ci ildə keçiriləcək parlament seçkilərinin ölkədə böhran meyillərini daha da dərinləşdirəcəyi qənaətini bölüşürlər. İqtisadçı ekspert Vilen Xaçaturyanın bildirdiyinə görə, qarşıdan gələn seçkilər hakimiyyətin 2017-ci ildə Ermənistan iqtisadiyyatı üçün verdiyi 3,2 faizlik artım vədinə əməl olunmasına ciddi əngəl yaradacaq. Əksinə, cari ilin aprelində keçiriləcək seçkilərin iqtisadiyyatda neqativ meyillərə yol açacağını deyən iqtisadçı ekspert vurğulayıb: “Səylər iqtisadi proseslərə deyil, seçkilərdə lazımi nəticələrin təmin olunmasına yönəldiləcək. Buna görə də istisna deyil ki, iri ranqlı iş adamları öz kapitallarını ölkədən kənara çıxaracaqlar”.
Vilen Xaçaturyanın qənaətinə görə, 2017-ci ildə Ermənistan iqtisadiyyatında hansısa inkişaf baş verəcəyini gözləmək dəryada balıq sevdasıdır. Ekspert forpost ölkənin iqtisadi inkişaf perspektivləri ilə bağlı pessimist yanaşmasında diqqəti həmçinin bir sıra digər amillərə yönəldib. O, vurğulayıb ki, 2016-cı ildə perspektiv iqtisadi inkişaf üçün heç bir münbit zəmin formalaşdırılmayıb.
Ermənistanın səhiyyə nazirindən “unikal” təklif: rüşvət leqallaşdırılsın
Sosial-iqtisadi vəziyyətin getdikcə ağırlaşması Ermənistanda zəncirvari proseslərə rəvac verib. Belə ki, son illərdə korrupsiya hallarının artması da forpost ölkənin çoxsaylı neqativ reallıqlarından birinə çevrilib. Hətta bu sahədə vəziyyət o həddə çatıb ki, bir sıra rəsmilər rüşvətin leqallaşdırılması təklifi ilə çıxış etməkdən belə çəkinmirlər. Bu xüsusda ölkənin səhiyyə naziri Levon Altunyanın çağırışları xüsusilə diqqəti cəlb edir. Səhiyyə naziri yeni doğulan uşaq ölümləri ilə bağlı qalmaqallı bəyanatının ardından, sözün əsl mənasında, heç bir əndazəyə sığmayan təkliflə çıxış edib. Nə qədər qəribə səslənsə də, nazir “səhiyyə sferasındakı korrupsiyanın leqallaşdırılması” ilə bağlı “dahiyanə bir ideya” irəli sürüb. Belə ki, o, efirdə çıxışı zamanı xəstələrin həkimlərə verdikləri “şirinliyin” vergiyə cəlb edilməsinin zəruriliyini əsaslandırmağa çalışıb. (?!)
Gözlənildiyi kimi, səhiyyə nazirinin “büdcə doldurmaq cəhdi” böyük qalmaqallar yaradıb. Levon Altunyanın göydəndüşmə təklifi ondan xəbər verir ki, həm Ermənistanın səhiyyəsi rüşvət girdabına batıb, həm də forpost ölkədə büdcəni doldurmağa mənbələr tükənib...
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

