Avropada superdövlət: real plan, yoxsa “Brexit” şoku?
08.02.2017 [09:53]
Qərb mətbuatında yeni superdövlətin meydana gələ biləcəyi barədə informasiyalar yayılır. Bu təşəbbüsün arxasında Fransa və Almaniyanın dayandığı bildirilir. Parislə Berlinin yaxın perspektivdə Avropa İttifaqında (Aİ) inteqrasiya proseslərini daha da dərinləşdirərək, faktiki olaraq vahid dövlət yaratmağı hədəflədiklərini yazırlar. Bu zaman konkret bir plan ortaya qoyulmur. Daha çox Aİ-də inteqrasiya tərəfdarlarının əhval-ruhiyyəsinə sığal çəkən fikirlər ifadə edilir. Ancaq bu da faktdır ki, təşkilatın böyük dövlətlərinin rəhbərləri görüşərək, Böyük Britaniyanın aldığı qərarı müzakirə ediblər. Onlar Aİ-nin mövcudluğunun zəruriliyi fikrini yekdilliklə vurğulayıblar. Bu informasiyalar təşkilatda hansı proseslərin başladığını göstərir? Ümumiyyətlə, Avropa İttifaqının gələcəyi haqqında hansı proqnozları vermək olar?
Çıxış yolu axtarışı: Berlin, Paris və Romanın narahatlığı
Artıq “Brexit” öz siyasi nəticələrini verməkdədir. Avropa İttifaqının böyük dövlətləri təşkilatın taleyi ilə bağlı aktiv müzakirələr aparırlar. KİV hazırlanmış bir sıra sənədlərdən bəhs edir. O cümlədən “TVP Info” telekanalı Avropada superdövlətin yaradılması layihəsinin hazırlandığı barədə informasiya yayıb. “Financial Times” qəzeti isə vahid Avropa ordusunun formalaşdırılmasından yazır.
Bunlar gözlənilən reaksiyalardır. Bir tərəfdən, Aİ-nin özü təşkilat olaraq problemlərlə xeyli vaxtdır ki, mübarizə aparır. Digər tərəfdən isə, Böyük Britaniyanın İttifaqı tərk etməsi böhranın yeni səviyyəyə yüksəldiyini göstərir. Bu iki məsələ Brüsseli hərəkətə gətirməlidir. Əks halda, proseslər neqativ istiqamətdə zəncirvarı olaraq inkişaf edə bilər.
Bu səbəbdəndir ki, Berlində Almaniya, Fransa və İtaliya rəhbərliyi görüşüb, “Brexit”lə bağlı müzakirələr aparıblar. Görüşdə prezident F.Olland, federal kansler A.Merkel və baş nazir M.Renzi Böyük Britaniyanın İttifaqı tərk etməsinin təşkilat üçün nə kimi nəticələr verə biləcəyi barədə danışıb (bax: AB liderleri Berlin’de Brexit’i görüştü / “tr.euronews.com”, 27 iyun 2016), maraqlı qənaətə gəliblər. Hər şeydən əvvəl, liderlər Londonun qərarına hörmətlə yanaşdıqlarını bəyan ediblər. Lakin Böyük Britaniyanın İttifaqı tez tərk etməsini də gözlədiklərini bildiriblər. Xüsusilə Fransa prezidenti bu prosesi gecikdirməyin təşkilat üçün ciddi siyasi, psixoloji və maliyyə sıxıntıları yarada biləcəyini vurğulayıb. İtaliyanın baş naziri bu mövqe ilə razılaşıb. A.Merkel isə birbaşa bəyan edib ki, Britaniya üçün geriyə yol yoxdur. Onunla yenidən quruma üzv olmaqla bağlı hər hansı müzakirə aparıla bilməz.
Məsələ ondan ibarətdir ki, “Brexit”in əslində nə vaxt olacağı və keçid dövrü üçün hansı müddətin qoyulacağı məsələləri hazırda qətiyyən aydın deyil. Bir sıra siyasi liderlər isə referendumun yenidən keçirilməsindən bəhs edirlər. Fransa, Almaniya və İtaliya rəhbərliyinin buna mənfi reaksiya verməsi geosiyasi aspektdə və Aİ-nin gələcək taleyi baxımından çox düşündürücüdür.
Belə məlum olur ki, onlar Londonun bu qərarından elə də narahat deyillər, əksinə, İngiltərədən canlarını tez qurtarmağa çalışırlar. Bunun belə olub-olmadığını zaman göstərəcək, ancaq Aİ-nin artıq öz aqibəti barədə düşündüyünü demək olar. Bu baxımdan yuxarıda vurğuladığımız superdövlət ideyası maraq doğurur.
“TVP Info”nun yaydığı informasiyaya görə, Aİ-yə üzv dövlətlərin daha dərin inteqrasiyası üçün islahatlar paketi hazırlanıb (bax: Franüiə i Qermaniə xotət sozdatğ Evropeyskoe superqosudarstvo vmesto ES / “Expert Online”, 27 iyun 2016). Həmin sənədi Almaniya və Fransa Xarici İşlər nazirlikləri imzalayıblar. İndi onu İttifaqın digər üzvlərinə verməyi düşünürlər. Plana görə, Avropada vahid superdövlət yaranır ki, onu Aİ-nin böyük dövlətləri idarə edirlər. Təşkilatın üzvləri öz ordularına, xüsusi xidmət orqanlarına, milli valyutaya, Cinayət Məcəlləsinə malik olmayacaqlar. Sərhədlərə nəzarət vahid mərkəzdən həyata keçiriləcək. NATO-nun fəaliyyəti məhdudlaşacaq, xarici siyasət ümumi olacaq (bax: əvvəlki mənbəyə).
Bütün bunlar Aİ-də inteqrasiyanın dərinləşməsi kimi təqdim edilir. Lakin onun həyata keçirilməsinin asan olmadığı aydındır. Eyni zamanda, Aİ-nin liderlərinin bu cür sadəlövh modeli tətbiq etmək fikrində olduqlarını da düşünmək doğru deyil. Çünki yuxarıda sadalanan şərtlər Avropa ölkələrinin müstəqilliyini itirməsini nəzərdə tutur. Görünür, Avropada kimlərsə yaranmış vəziyyətdən istifadə edib, birlik ideyasının düşmənlərinin dəyirmanına su tökmək qərarına gəliblər. Lakin inteqrasiyanı gücləndirmək ideyasının mövcudluğu da faktdır.
Aİ-nin vahid ordusu yaradılır?
Sənədin preambulasında Avropada siyasi ittifaqa can atacaqlarını və bütün avropalıları bu layihədə iştirak etməyə dəvət etdiklərini vurğulayıblar (bax: əvvəlki mənbəyə). Bu da təbiidir, çünki “Brexit”dən dərhal sonra Aİ üzvü olan bir sıra ölkələrin siyasi dairələrində analoji referendum keçirməyə çağırışlar olub. Faktiki olaraq təşkilat yol ayrıcında qalıb - qurum ya tədrici dağılmalı, ya da yenidən toparlanmalıdır. Bu səbəbdən daha dərin inteqrasiyaya çağırışlar normaldır.
“Financial Times” qəzetinin Avropa ölkələrinin vahid silahlı qüvvələr yaratmaq üzərində işlədiyi haqqında informasiya yayması bu kontekstdə maraqlıdır (bax: Evropeyskie vlasti namerenı sozdatğ edinıe voorujennıe silı ES / RNS, 27 iyun 2016).
İttifaqın təhlükə qarşısında olduğu vurğulanır və daha sıx birləşmək üçün orduları inteqrasiya etməyin lazım gəldiyi fikri irəli sürülür. Ümumilikdə ilk olaraq təşkilati strukturları optimallaşdırmaqdan başlamağın, bundan sonra digər sahələr üzrə əməkdaşlığı inkişaf etdirməyin düzgün olduğu bildirilir.
“Brexit”dən dərhal sonra bu kimi informasiyaların yayılması nəyi ifadə edir? Hər şeydən öncə, Avropa İttifaqında bir panik əhval-ruhiyyənin meydana gəldiyini deyə bilərik. Avropalılar İttifaqın dağıla və nəticədə, təhlükəsizlik məsələsində mürəkkəb problemlər meydana gələ biləcəyindən, xüsusilə Rusiyanın hansısa sərt addımlar ata biləcəyindən ehtiyatlanır, bu səbəbdən də ilk növbədə müdafiəni gücləndirməyi düşünürlər.
Bununla yanaşı, Aİ-də, ümumiyyətlə, mərkəzdənqaçma tendensiyasının inkişaf etməsindən bərk narahatdırlar. İttifaqın bir sıra üzv ölkələrində millətçiliyin, şovinizmin və separatizmin yeni səviyyəyə yüksəldiyi sirr deyil. Seçkilərdə həmin baxışları üstün tutan siyasilərin getdikcə daha çox səs toplaması bunun bariz nümunəsidir.
Bunlarla yanaşı, Avropada islamofobiya geniş yayılır. Artıq o, siyasi mühitdə də özünə möhkəm yer etməkdədir. Ancaq hər kəs bilir ki, indi müsəlmanlar Qərb cəmiyyətinin ayrılmaz bir hissəsidir. Belə çıxır ki, islamofobiya da faktiki olaraq Avropa cəmiyyətlərini parçalayır, ayrı-seçkilik əhval-ruhiyyəsini gücləndirir.
İttifaq daxilində liderlik uğrunda mübarizənin gücləndiyini də gizlətmək olmaz. Təsadüfi deyil ki, yeni superdövləti Fransa ilə Almaniyanın yaratmaq istədiyi haqqında informasiyalar yayırlar. Yəni bu iki güclü dövlət Aİ-də liderliyi ələ almaq niyyətindədirlər. Bu kontekstdə Berlinlə Paris üçün Böyük Britaniyanın təşkilatı tərk etməsi sərf edir.
Nəhayət, ekspertlərin də vurğuladığı kimi, Avropa iqtisadiyyatında ciddi problemlər mövcuddur. Uzun müddətdir ki, onların həll edilməməsi təşkilatın cəlbediciliyini zəiflədir. Avropalılar xatırlayırlar ki, Yunanıstanda maliyyə böhranı pik səviyyəyə çatarkən, Almaniya bu ölkəni avrozonadan çıxarmağa çalışırdı. Bu nümunə onu göstərdi ki, Aİ-də “yıxılanı xilas etməyə deyil, vurmağa” hazır olanlar var. Nitsşe fəlsəfəsində olduğu kimi, “biri uçurumun kənarındadırsa, itələ getsin” düşüncəsi Aİ-də mövcuddur. Bu da insanlarda müəyyən psixoloji qorxu yaradır.
Bunlar Brüsselin siyasi-psixoloji şok vəziyyətindən çıxa bilmədiyini təsdiqləyir. Təşkilata daxil olan böyük dövlətlər “Brexit”dən ən az itkilərlə qurtulmaq kursunu seçiblər. Onlar çətinliyə düşən dostlarını xilas etməyə deyil, öz canlarını qurtarmağa cəhdlər edirlər. Yaranmış fürsətdən bir sıra dairələr Aİ-də üstünlüyü ələ almaq üçün yararlanmağa çalışırlar.
Bütün bunlar ekspertlərin Aİ-nin gələcəyi ilə bağlı müxtəlif ssenarilərin reallaşa biləcəyi haqqında bir qədər əvvəl verdikləri proqnozların əsaslı olduğunu göstərir. Doğrudan da, bu təşkilatın konkret hansı xətt üzrə inkişaf edəcəyi barədə dəqiq fikir söyləmək xeyli risklidir. Onu daha çox qeyri-müəyyənlik və çaşqınlıq xarakterizə edir. Lakin əsl proseslər, bizcə, Böyük Britaniyanın təşkilatı faktiki olaraq tərk etməsindən sonra başlayacaq. Buna isə ən azı 2 illik bir zaman vardır.
Newtimes.az
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

